Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda etiraz aksiyaları davam edir: "Bütün giriş-çıxışlar bağlanmalıdır"
Ermənistanda etiraz aksiyaları davam edir: "Bütün giriş-çıxışlar bağlanmalıdır"

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinə giriş və çıxışı bloklamaq üçün binanı əhatəyə almağa çalışır.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, aksiya iştirakçıları səhər saatlarında Xarici İşlər Nazirliyinin yaxınlığındakı hökumət binalarına girişi qısa müddət ərzində bloklamağa nail olub.

Aksiya iştirakçıları indi xarici siyasət idarəsinin binasını mühasirəyə almaq istəyirlər.

Aksiyanın təşkilatçılarından biri, respublika parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan polisə effektiv müqavimət göstərə bilmək üçün etirazçıları bir yerə toplaşmağa çağırıb.

“Xarici işlər naziri artıq Ermənistanın maraqlarına xidmət etmir, bütün giriş-çıxışlar bağlanmalıdır”, - Saqatelyan bildirib.

Son məlumata görə, XİN binasının önündə polislə müxalifətçilər arasında toqquşma başlayıb. Polis binanın girişini açmağa cəhd göstərir.

Bundan əvvəl o, polisin Kotayk, Qeqarkunik və Tavuş vilayətlərində ARF Daşnaksütyun partiyasının üzvlərinin mənzillərində axtarış apardığını bildirib.

Xatırladaq ki, Ermənistan müxalifəti bir neçə həftədir ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Hakimiyyətin əleyhdarları hesab edirlər ki, ölkə rəhbərliyinin siyasəti Ermənistanda dövlətçiliyinin itirilməsinə gətirib çıxara bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »