Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Daha Ukraynanın bitərəf qalması mümkün deyil" - Kissincer
"Daha Ukraynanın bitərəf qalması mümkün deyil" - Kissincer

Ukraynadakı müharibənin nəticəsi hərbi və siyasi baxımdan dünya ölkələri arasında münasibətləri dəyişəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

Henri Kissincer Henri Kissincer

“8 il əvvəl Ukraynanın NATO-ya qoşulması ideyası ortaya çıxanda mən məqalə yazdım və orada qeyd etdim ki, Ukraynanın Şərqlə Qərb arasında körpüyə çevrilmiş neytral ölkələr qrupunda qalması yaxşı olardı. Amma indi bu ideya mövcud olmağı dayandırıb”,- Kissincer bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması ilə bağlı danışıqlar bir-iki aya başlamalıdır. Kissincer hesab edir ki, müharibə geri dönüşü olmayan nəticələr ortaya çıxana qədər bitməlidir.

“Danışıqlarda Rusiyanın məhv etmək istədiyi Ukraynanın suverenlik ehtiyacını ödəyən və eyni zamanda Rusiyanın Avropa ilə münasibətlərinə yumşalma gətirən bir xətt tapılmalıdır. Ancaq indi belə bir xətt tapmaq çox çətindir”,- deyə Kissincer əlavə edib.

Qeyd edək ki, Ukrayna indi Rusiyanın təcavüzünə qarşı müdafiədə geniş qlobal dəstəyə malikdir. Bununla belə, Finlandiyanın keçmiş baş naziri Aleksandr Stabbın fikrincə, vəziyyət çox tezliklə dəyişə bilər.

“Biz “müharibə yorğunluğu!” deyilən məqama yaxınlaşırıq. Biz hər zaman malik olduğumuz emosional intensivliyi itiririk. Amma həmrəylik, birlik, Avropa İttifaqının bu fövqəladə qərarları tez qəbul etmə qabiliyyəti, əvvəllər heç vaxt görmədiyimiz bu çeviklik  - bütün bunlar yayda yox olmağa başlayacaq. Artıq bəzi ölkələr öz vəziyyətlərinə baxmağa başlayıb. İnflyasiya yüksəlir, yanacağın qiyməti qalxır, ərzaq bahalaşır və milyonlarla qaçqın Avropaya gəlir”,- o, Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı deyib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »