Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin qiyməti düşəcək, amma ərzaq qıtlığı olacaq - Beynəlxalq Valyuta Fondu
Neftin qiyməti düşəcək, amma ərzaq qıtlığı olacaq - Beynəlxalq Valyuta Fondu

Ukraynadakı müharibə qlobal iqtisadiyyat üçün perspektivləri kölgədə qoyub. Belə ki, daha həssas ölkələrdə tənəzzülə səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva Davosda keçirilən Dünya İqtisadi Forumunda danışıb.

Qeyd olunur ki, BVF qlobal tənəzzülü proqnozlaşdırmasa da, istisna da etmir. BVF bu il qlobal artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırır və Georgieva bunun hələ də neqativdən uzaq olduğunu düşünür.

O qeyd edib ki, "hələ ki, bəzi ölkələrdə zəif tənəzzül müşahidə edilir. Onlar pandemiya böhranından çıxa bilməyiblər. Onlar enerji və ya qida üçün Rusiyadan idxaldan çox asılıdırlar”. BVF rəhbərinin sözlərinə görə, “2022-ci il çətin il olacaq”. Xatırladaq ki, BVF bu yaxınlarda dünya istehsalının 80 faizini təşkil edən 143 üzv ölkə üçün artım perspektivlərini azaldıb.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri maliyyə şəraitinin çətinləşməsi, ABŞ dollarının məzənnəsinin artması və Çində yavaşlama ilə daha da ağırlaşır. BVF rəhbəri ərzaq məhsullarının bahalaşması risklərini də qeyd edib.

"İnkişaf yavaşlayanda biz benzini azalda bilərik" deyən Geogievna qeyd edib ki, "amma biz hər gün yemək məcburiyyətindəyik. Dünyada münasib qiymətli qidaya çıxışla bağlı narahatlıqlar qırılma nöqtəsinə çatır".

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu ildə iki dəfə qlobal iqtisadiyyatın təhlilini dərc edir və yaxın gələcəkdə dünyanı nə gözləyə biləcəyini proqnozlaşdırır. Son hesabat analitikləri diqqəti Ukraynadakı müharibənin nəticələrinə yönəltməyə vadar edib.

BVF bu dəfə müharibənin dünyaya təsir edəcəyi beş yolu müəyyən edib və ilk dəfə olaraq tam neft və qaz embarqosu və maliyyə təcridi vəziyyətində yanacağın gələcəyini proqnozlaşdırıb. Təhlillərə görə, əmtəə bazarlarında neftin barreli 100 dollardan aşağı düşəcək.

Müharibənin səbəb olduğu bağlanmalar, sanksiyalar və Rusiyanın beynəlxalq ödəniş sistemləri ilə əlaqəsinin kəsilməsi ərzaq və enerji də daxil olmaqla ticarət axınlarını pozur. Məsələn, neftin bazar dəyişikliklərinə cavab verməsi daha asandır, çünki onu tankerlə daşımaq imkanı nisbətən tez yeni təchizatçılara keçməyə imkan verir. Bu səbbədən də BVF 2022-ci ildə olan 55 faiz artımdan sonra qara qızılın qiymətlərinin stabilləşərək 2023-cü ildə bir barel üçün 100 dollardan aşağı düşəcəyini proqnozlaşdırır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »