Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatında hansı izləri buraxacaq
Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatında hansı izləri buraxacaq

Bir tərəfdən dünyanın əhalisi kəskin artır, digər tərəfdən isə taxılın istehsalı azalır.

Rusiya və Ukrayna arasındakı mövcud siyasi gərginlik regionda yeni iqtisadi vəziyyət yaradır. Məsələyə iqtisadi baxımdan yanaşsaq, belə nəhəng güclərin qarşı-qarşıya gəlməsi təkcə iki dövlət üçün yox həmçinin bir çox Avropa ölkələrin eləcə də Azərbaycanın iqtisadiyyatına öz təsirini göstərmişdir.

Azər Badamov Azər Badamov

Deputat Azər Badamov Bizimyol.info saytına açıqlamasında müharibənin ölkə iqtisadiyyatına təsirlərindən danışıb: "Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya tətbiq edilmiş sanksiyalar Azərbaycanın Avropaya ixrac etdiyi qaza təlabatını daha da artırmışdır. Amma qaz elə bir ixrac resursudur ki, onu alacaq ölkələrlə əvvəlcədən müqavilələr bağlanılır və öhdəliklər icra olunur. Azərbaycan da bağlanmış müqavilələrə uyğun ixrac öhdəliklərini icra edir. Bu gün isə Avropada Azərbaycan qazına ehtiyac daha çox artmışdır və ixracımız üçün yeni razılıqlar müzakirə olunur. Onu da qeyd etməliyəm ki, Azərbaycanın təbii qaz ixracını Rusiyanın ixrac potensialı ilə müqayisə olunmnazdır və ölkəmiz Rusiya üçün rəqib deyil. Avropanın bazarı genişdir və ora ixrac etmək üçün də hər hansı bir manenin olduğunu düşünmürəm. Tətbiq olunmuş sanksiyalarla bağlı Rusiya qazından imtina haqqında gündəmə gəlmiş qərarlar Avropanın enerji təhlükəsizliyin təminatında ölkəmizin əhəmiyyətini artırır. Qazın Avropaya ixracının ölkəyə müsbət təsirlərindən danışanda qeyd etmək istəyirəm ki, bu ilk növbədə Azərbaycanın siyasi mövqelərinin Avropa İttifaqında möhkəmlənməsi deməkdir. Azərbaycanın nüfuzu, sözünün gücü artır. Həm də Azərbaycan dünyanın gündəmində dayanan məsələlərin həll edilməsində əsas aktora çevrilir. Digər tərəfdən isə ixrac bazarımızın genişlənməsi və daha çox ixrac etməyimiz ölkəmizə daha çox valyutanın gəlməsinə və iqtisadiyyatımızın güclənməsinə yol açır.

Rusiya-Ukrayna müharibəsi və Rusiyaya tətbiq olunmuş sanksiyalar dünya bazarında qiymət artımlarına gətirmiş və demək olar ki, bütün ölkələrin iqtisadiyyatlarına təsir etmişdir. İlk növbədə narahatedici məsələ dünya bazarını ərzaqlıq buğda ilə təminatıdır. Rusiya və Ukrayna dünyada ən iri ərzaqlıq buğda ixracatçılarıdır. Bu gün Ukraynada müharibə getdiyindən və logistika imkanları məhdudlaşdığından bu ölkə hətta anbarlarda qalmış taxılı ixra edə bilmir. Bu gün Ukraynanın anbarlarında 40 milyon tondan çox taxıl qalmaqdadır. Həm də yeni əkilmiş taxıl sahələri də müharibə meydançasına çevrildiyindən yeni mövsümdə məhsul yığımı və məhsulun məhsuldarlığı hansı səviyyədə olacağı sual altındadır. Digər tərəfdən Rusiyada da iqlim dəyişiklikləri taxıl istehsalının məhsuldarlığına öz mənfi təsirini göstərmiş, istehsal kifayət qədər azalmışdır. Həm də iqlim dəyişiklikləri digər taxıl istehsalçıların ixrac güclərini azaltmışdır. Bir tərəfdən dünyanın əhalisi kəskin artır, digər tərəfdən isə taxılın istehsalı azalır. Bütün bunlar tərs mütənasibılik təşkil edir və dünya bazarında taxıla tələbin və qiymətin kəskin artmasına gətirib çıxardır. İqtisadi imkanları güclü olan ölkələr taxılın qiyməti dünya bazarında neçəyə olsa da alıb gətirəcəkdir. Amma iqtisadi imkanları zəif ölkələrdə bu problem daha çox böyüyəcəyi gözlənilir.

Ölkəmizdə isə taxılın idxalı ilə bağlı bir problemin yaşayacağını düşünmürəm. Dövlətimiz təlabatımıza uyğun taxıl idxal edəcəkdir. Amma ola bilsin ki, gələcəkdə un və un məmulatların qiymətlərində artımlar baş versin. Təbii ki, bu təsirlər idxal etdiyimiz digər mallarda da öz əksini tapacaqdır və ümumi şəkildə müəyyən qədər qiymətlərin yenə artacağını düşnürəm. Bununla yanaşı hesab edirəm ki, dövlətimiz insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirəcək və ölkə əhalisinin dünyada baş verən proseslərdən əziyyət çəkməsinə imkan verməyəcəkdir".

Havar, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »