Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalmaqallı şəkilləri Consonu çətinə saldı: İstefası tələb olunur - Foto
Qalmaqallı şəkilləri Consonu çətinə saldı: İstefası tələb olunur - Foto

İngiltərədə pandemiya məhdudiyyətləri zamanı baş nazirlikdə keçirilən məclislərlə bağlı müzakirələr davam edərkən, baş nazir Boris Consonun sözügedən tədbirlərin birində çəkilmiş bəzi fotoşəkilləri mətbuata sızıb.

Belə ki, Britaniyanın İTV telekanalı tərəfindən yayımlanan dörd fotoşəkildə Conson "Dauninq-strit"dəki baş nazirin ofisində keçirilən tədbirdə tost deyərkən təsvir edilib. Onun məhdudiyyətlər dövründə məclislərə getdiyini əks etdirən yeni fotoların yayılması Consona qarşı siyasi təzyiqləri artırıb.

İTV yayımlanan fotoşəkillərin 13 noyabr 2020-ci ildə Baş Nazirin Kommunikasiya Direktoru Li Keynin vida mərasimində çəkildiyini bildirib.

BBC-yə verilən açıqlamada ən azı bir nəfərin sözügedən məclisə qoşulduğuna görə cərimə olunduğu bildirilib. Lakin həmin şəxs Baş nazir Conson deyil. Bu vəziyyət müxalifət partiyalarının reaksiyası ilə qarşılansa da, Met Consonun istintaq nəticəsində niyə cəzalandırılmaması ilə bağlı suallarla üzləşib.

Xatırladaq ki, Baş nazir 2020-ci ilin iyun ayında Baş nazirin iqamətgahında həyat yoldaşı Kerri Conson və maliyyə naziri Rişi Sunak ilə birlikdə onun üçün keçirilən ad günü şənliyində iştirak etdiyinə və buna görə də Covid-19 pandemiyasında tətbiq edilən karantin qaydalarını pozduğuna görə polis tərəfindən cərimələnib.

Boris Conson karantin qaydalarını pozarkən Boris Conson

İctimaiyyət tərəfindən “partygate” kimi tanınan bu tədbirlərdən altısına qatıldığı bildirilən Consona yeni cəza veriləcəyi gözlənilir.

Bildirilir ki, Cohnson əvvəllər millət vəkillərinə Baş nazirin iqamətgahında pandemiya qaydalarının pozulmadığını demişdi. Lakin üzə çıxan bu görüntülərdən sonra müxalifət partiyaları Consonu parlamenti yanlış istiqamətləndirməkdə ittiham edib.

Conson İcmalar Palatasındakı çıxışında parlamenti bilərəkdən çaşdırıb-çalışdırmadığı ilə bağlı suallara “xeyr” cavabını verib. Parlamenti bilərəkdən çaşdırmaq baş nazirin və nazirlərin əməl etməli olduğu qaydalara ziddir. Buna görə də bu qaydanı pozan nazir və ya baş nazir istefa verməlidir.

Qeyd edək ki, müxalifət partiyaları ilə yanaşı, bəzi Mühafizəkarlar Partiyasının üzvləri də Consonun istefasını tələb edirlər.

Qeyd edək ki, Boris Conson Rusiyaya qarşı qətiyyətli addımları ilə böyük reytinq qazanıb. Bir müddət əvvəl o, Kiyevdə prezident Vladimir Zelenski ilə görüşmüş və Rusiya əleyhinə sərt açıqlamalar vermişdi. O, həmçinin Rusiyanın Ukraynaya qarşı qadağan olunmuş silahlardan istifadə edəcəyi halda heç kimlə məsləhətləşmədən birbaşa Rusiyaya zərbə endirəcəyini də demişdi.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »