Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya qərbə doğru getdikcə, daha çox çətinliklərlə üzləşəcək" - Britaniya kəşfiyyatı
"Rusiya qərbə doğru getdikcə, daha çox çətinliklərlə üzləşəcək" - Britaniya kəşfiyyatı

Donbassda Ukrayna qüvvələrinin effektiv komandanlıq etməsinə baxmayaraq, Rusiya Luqansk bölgəsində müəyyən lokal üstünlüklər əldə edə bilib. Amma Rusiya ordusunun qərbə doğru irəliləməsi ordunun təchizatında çətinliklər yarada bilər.

Bizimyol.info Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı vəziyyətlə bağlı mayın 24-nə olan kəşfiyyat məlumatlarında qeyd edilib. Məlumata görə, Rusiya Severodonetsk, Lisiçansk və Rubijneni mühasirəyə almağa çalışaraq Donbasdakı əməliyyatlarının intensivliyini artırıb. Bu əməliyyatın şimal və cənub oxları Ukraynanın nəzarətində olan təxminən 25 km ərazi ilə ayrılır.

Ukraynalılar güclü müqavimət göstərirlər. Qüvvələr yaxşı yerləşdirilmiş müdafiə mövqeləri tutublar. Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı bu cəbhədə effektiv komandanlığı və nəzarəti saxlayır. Amma buna baxmayaraq, Rusiya qismən artilleriya birləşmələrinin cəmləşməsi hesabına bəzi lokal uğurlar əldə edib.

Rusiyanın Severodonetski ələ keçirməsi bütün Luqansk vilayətinin işğalına səbəb ola bilər. Bu əməliyyat Rusiyanın Donbası ələ keçirmək kampaniyasının yalnız bir hissəsidir. Həmçinin Britaniya kəşfiyyat rəsmiləri bildirirlər ki, Donbasdakı cəbhə xətti daha da qərbə doğru hərəkət edərsə, o, Rusiyanın kommunikasiya xətlərini genişləndirəcək. Yəni Rusiya qüvvələri daha çox maddi-texniki çətinliklərlə üzləşəcək.

Yeri gəlmişkən, qeyd edək ki, Rusiya qoşunları “İskəndər-M” operativ-taktiki raket komplekslərini Belarusda, Ukrayna sərhədindən 50 km aralıda yerləşdirib. Hazırda Rusiya qoşunları Rusiya-Ukrayna sərhədi yaxınlığında mövqelərini möhkəmləndirirlər. Bu barədə krayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

"Belarus Respublikası ərazisindən dövlətimizin obyektlərinə raket və hava zərbələri endirilməsi təhlükəsi artır. Rusiya "İsgəndər-M" OTRK diviziyasını Brest vilayətinə 50 kilometrə qədər məsafədə, Ukraynanın dövlət sərhədində yerləşdirib”,- deyə məlumatda bildirilib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »