Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyada bir gündə rekord sayda yoluxma qeydə alınıb
Şimali Koreyada bir gündə rekord sayda yoluxma qeydə alınıb

Şimali Koreya hakimiyyəti son sutka ərzində ən azı 134 510 nəfərdə qızdırma əlamətləri aşkarlayıb, aprelin sonundan bəri koronavirusun yayılması fonunda belə halların ümumi sayı 2,94 milyonu ötüb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən "Yonhap" xəbər agentliyi məlumat verib.

Qızdırması olan xəstələrin ümumi sayından 2,54 milyon nəfər sağalıb, 400 mini müalicə olunur. Son sutka ərzində ölən olmayıb, ölənlərin ümumi sayı 68-də qalıb. Seulun məlumatına görə, “qızdırmalı xəstələrin” sayına təkcə koronavirusa yoluxanlar daxil deyil. KXDR səlahiyyətlilərinin məhdud kütləvi testlər və "COVID-19"un dəqiq aşkarlanması səbəbindən qızdırma əlamətləri olan insanlarla bağlı statistika apardığı iddia edilir.

“Epidemiya əleyhinə nəzarət sisteminin maksimum səviyyəsinin tətbiqindən bir neçə gün sonra insident və ölüm nisbəti kəskin şəkildə azalıb. Sağalanların isə artdığı bildirilir ki, bu da pandemiyanın yayılmasına effektiv nəzarətə və sabit vəziyyətin saxlanmasına səbəb oldu", - deyə KCNA-nın bəyanatında deyilir.

Qeydə alınan yoluxma sayının gündəlik artımı ardıcıl üçüncü gündür 200 min xəstədən az qeydə alınıb. "Yonhap" yazır ki, KXDR-in əhalisi təxminən 24 milyon nəfərdir.

Qeyd edək ki, mayın 12-də Koreyanın Mərkəzi Xəbər Agentliyi ölkədə ilk dəfə olaraq koronavirus infeksiyasının aşkarlanması barədə məlumat yayıb. Bununla bağlı KXDR lideri Kim Çen Inın da iştirak etdiyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb. O, ölkənin bütün şəhər və rayonlarında karantin rejimi tətbiq etməyi tapşırıb.

Xatırladaq ki, əvvəllər Kim Çen In bu xəstəlik barədə danışmağı belə qadağan etmişdi. Ölkədə yoluxmalar baş versə də, bu barədə rəsmi etiraf yox idi. Bu yaxınlarda Şimali Koreya hökuməti ilk yoluxmanı etiraf edib və ardınca kütləvi yoluxmalar barədə açıqlamalar gəlməyə başlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »