Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Rusiya iqtisadiyyatı sanksiyaların zərbələrinə tab gətirir
Putin: Rusiya iqtisadiyyatı sanksiyaların zərbələrinə tab gətirir

Rusiya iqtisadiyyatı bütün çətinliklərə baxmayaraq, sanksiya zərbələrinə dözür.

Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə deyib.

"Bütün çətinliklərə baxmayaraq, qeyd etmək istərdim ki, Rusiya iqtisadiyyatı sanksiyaların təsirinə tab gətirir, kifayət qədər layiqincə dözür. Bütün əsas makroiqtisadi göstəricilər dözümlülüyün kifayət qədər qoruna biləcəyini göstərir", - deyə Putin qeyd edib.

O bildirib ki, iqtisadiyyatda təbii ki, hər şey asan deyil: "Baş verən hər şey hökumətin iqtisadi blokundan xüsusi diqqət və xüsusi səylər tələb edir. Umumiyyətlə, bunu vurğulamaq istəyirəm ki, ağır şəraitdə göstərdiyimiz bu səylər artıq müsbət nəticə verir", - Rusiya prezidenti vurğulayıb.

Putin bunun başqa şeylərlə yanaşı, Rusiya Federasiyası ilə Belarus arasında ticarətin səviyyəsində də əks olunduğuna diqqət çəkib: “Keçən il rekord həddə, demək olar ki, 38,5 milyard dollara çatan ticarət əlaqələrimiz olub. Bizim dövlətrərimiz arasında indiyə qədər bu həcmdə ticarət olmayıb. Bu birlikdə irəli atdığımız addımların müsbət göstəricisidir”, - deyə Rusiya lideri əlavə edib.

O, bu yaxınlarda Moskvada Lukaşenko ilə görüşdüyünü və Soçidə ayrıca görüş keçirməyə razılaşdığını xatırladıb: "Həqiqətən də, vəziyyət belə ciddi, dərin müzakirə tələb edir. Mən regionda təhlükəsizlik məsələləri, ölkələrimizin təhlükəsizliyi və iqtisadiyyatla bağlı hər şeyi nəzərdə tuturam", - deyə Putin yekunlaşdırıb.

Qadir, Bizimyol.info

P.S: Qeyd edək ki, Putin fevralda Ukraynaya hücum qərarı qəbul edəndən sonra əksər dünya dövlətləri Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşuldu. Bəzi ölkələr neytirallıq nümaiş etdirdilər. Lakin Belarus və Ermənistan Rusiyanın tərəfində olan azsaylı ölkələrdən oludular. Putin iki il əvvəl ölkəsinin iqtisadi vəziyyətinə görə ələ saldığı Lukaşenko ilə bu gün ticarət əlaqələrinin genişləndirilməsindən fəxrlə danışır. İndi Lukaşenko Putin üçün "yaman günün yaraqdır".

Son xəbərlər
Bütün xəbərlər »