"Polşa hakimiyyəti indi dəlilik astanasındadır və Rusiyaya qarşı çox qəzəbli mövqedədir. Buna görə də onlar qaz təchizatı ilə bağlı vəziyyətin yarada biləcəyi fəsadları proqnozlaşdırmaqda çətinlik çəkirlər".
Bizimyol.info xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib.
“İndi biz görürük ki, Polşa hakimiyyəti nə qədər çılğın, dəlilik ərəfəsində mövqe tutur. Ona görə də burada çətin ki onlarla bağlı nəyi isə proqnozlaşdırmaq mümkün olsun”, - Kreml sözçüsü agetliyin Moskva ilə Varşava arasında belə əməkdaşlığın bərpasının mümkün olub-olmaması ilə bağlı sualına cavabında bildirib.
Peskov bildirib ki, indiki vəziyyətdə bu ölkə ilə hər hansı müqavilə münasibətindən danışmaq mümkün deyil: "Bilirsiniz, Polşa çoxdandır ki, qazın pulunu ödəməkdən imtina edir. Ona görə də qazın verilməsi üçün bizə lazımdır: a) bəzi sənədli müqavilələr; b) ödəniş", - deyə o bildirib.
Eyni zamanda, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi: “Varşava aldığı qaza görə xeyli vaxtdır ödəmə etməkdən imtina etsə də, Rusiya qazını dolayı yolla almağa davam edir. Sadəcə olaraq onu digər dövlətlər tərəfdən, məlum sxemə görə - daha baha qiymətə alır.Bundan sonra nə olacaq? Təəssüf edirəm ki, indi bunu da çətin ki, kimsə proqnozlaşdırmağı bacarsın. Çünki bu, sadəcə olaraq mümkün deyil", - deyə o, yekunlaşdırıb.
Kreml nümayəndəsi: “Polşanın əvvəlki addımlarını nəzərə alsaq, onun hazırkı qərarının onsuz da az dəyəri var. Lakin biz tranzit üçün mümkün nəticələri diqqətlə təhlil etməliyik”, - deyə o əlavə edib.
Qey deək ki, Polşa ərazisindən tranzit kəməri ilə keçən Rusiya qazının nəqlini dayandırıb.
Qadir, Bizimyol.info