Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvaya aydın mesaj: Ukrayna yeganə şərtini açıqladı
Moskvaya aydın mesaj: Ukrayna yeganə şərtini açıqladı

Ukraynada müharibə tam sürətlə davam edərkən, Kiyev cəbhəsindən bir-birinin ardınca diqqətçəkən bəyanatlar gəlib. Kiyev atəşkəs üçün yeganə şərtiNİ açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə fevralın 24-də səhər saatlarında başlayan müharibə son vaxtlar Ukraynanın şərq vilayətlərində daha da şiddətlənib. Donbasda müharibə tam sürətlə davam edərkən, dünya münaqişəyə son qoyacaq diplomatik həll üçün mübarizə aparır. Mövzu ilə bağlı çox aydın bəyanat Ukrayna tərəfdən gəlib və Kiyev atəşkəs üçün yeganə şərti açıqlayıb.

Britaniyanın "Guardian" qəzetində yer alan xəbərə görə, Ukrayna Rusiyaya torpaq verilməsini ehtiva edən hər hansı atəşkəs razılaşmasını rədd edib. "Müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə başa çatmalıdır", - deyə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixailo Podolyak dünən Ukraynanın atəşkəs məsələsi ilə bağlı yekun qərarını açıqlayıb. Ukraynanın da baş müzakirəçisi olan Podolyak atəşkəsi qəbul etmədiklərini, döyüşlərdə hər hansı fasilədən sonra Rusiyanın daha sərt cavab verəcəyini bildirib. Podolyak əlavə edib ki, Kiyev öz torpaqlarının Moskvaya verilməsi ilə bağlı heç bir razılaşmanı qəbul etməyəcək.

Digər tərəfdən, Müdafiə Nazirliyi Rusiyanın Donbasdakı səyləri dəstəkləmək üçün bölgəyə "BMP-T Terminator" tanklarını yerləşdirdiyini bildirib. Bölmənin yerləşdirilməsinə baxmayaraq, Müdafiə Nazirliyi Mərkəzi Qüvvələr Qrupunda on tankdan çox olmadığını vurğulayıb. Bu az sayda olduğuna görə, nazirlik "Terminator"ların müharibəyə əhəmiyyətli təsir göstərə bilməyəcəyini söyləyib.

Məlumata görə, dörd tank əleyhinə raket buraxılış qurğusu, iki 30 mm-lik top, iki qumbaraatan və bir pulemyotla təchiz edilmiş avtomobilin maksimal sürəti saatda 50 km-dir. Tankdakı tam təchiz olunmuş silahlar “Terminator”a tanklardan tutmuş piyada maşınlarına, vertolyotlardan tutmuş alçaqdan uçan təyyarələrə qədər müxtəlif hədəfləri vurmağa imkan verir. İstifadə olunan tank şassisi avtomobilin mühafizəsi ilə yanaşı, sahədə hərəkətliliyini də yaxşılaşdırır.

Bildirilir ki, “Terminatorlar” əvvəllər də Suriyada istifadə olunub və fevral ayında Ukrayna sərhədinə aparılıb. Rusiyanın göz bəbəyi olan tank bu yaxınlarda Moskvada keçirilən 9 May Qələbə Günü hərbi paradında da görünüb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »