Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Davosdan “Rusiyaya qarşı maksimum sanksiyalar” çağırışı edib
Zelenski Davosdan “Rusiyaya qarşı maksimum sanksiyalar” çağırışı edib

Zelenski dünya ictimaiyyətini Rusiyaya qarşı tam neft embarqosu da daxil olmaqla “maksimum” sanksiyalar tətbiq etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Davosda davam edən Dünya İqtisadi Forumuna videomüraciətində bildirib.

“Beynəlxalq ictimaiyyət gələcəkdə təhdidlərə cavab vermək üçün deyil, qabaqlayıcı şəkildə sanksiyalardan istifadə etməyə hazır olmalıdır”, - deyə o, dünya və biznes liderlərinə deyib.

O, ilk növbədə bu sanksiyalar tətbiq olunsaydı, Rusiya Ukraynanı işğal edə bilməzdi, deyə o, Rusiya banklarına tam qadağa qoyulmasını və ticarətin tamamilə dayandırılmasını tələb edib: "Təcavüzkar öz hərəkətlərinin nəticələri ilə dərhal üzləşməlidir", - deyə Ukrauna prezidenti qeyd edib.

BMT və Ümumdünya Ticarət Təşkilatı kimi qurumların “böyük cavablar toplusunun” bugünkü təhdidlərə cavab vermək üçün kifayət edib - etmədiyini sual altına alaraq: “Biz sanksiyalar üçün presedent yaratmalıyıq” deyə o bildirib.

Qeyd edək ki, Rusiyay qarşı son sanksiyalar bu ayın əvvəlində, "G7" liderlərinin Zelenski ilə virtual görüşündə elan edilib.

Tədbirlərə Rusiyanın sənaye sektoruna qarşı yeni ixrac nəzarəti, Rusiya və Belarus rəsmiləri üçün təxminən 2600 viza məhdudiyyəti, həmçinin Avropanın əksər hissəsinin Rusiya qazını aldığı qurum olan "Qazprombank"ın rəhbər işçilərinə qarşı ilk sanksiyalar daxildir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »