Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Mariupoldan sonra Luqanskı hədəfə alıb
Rusiya Mariupoldan sonra Luqanskı hədəfə alıb

Rusiya Ukraynanın şərqində hücumlarını gücləndirərkən, iki ölkədən bir-birinin ardınca flaş bəyanatlar gəlib.

Bizimyol.info xəbər verir ki, Rusiya mediası Mariupoldan sonra Rusiya qüvvələrinin daha bir şəhərə nəzarəti ələ keçirdiyini açıqlayıb. Belə ki, bu yaxınlarda Mariupolda sonuncu müqaviməti qıran Rusiya şəhərə tam nəzarət edən növbəti hədəfinə çatmağa çox yaxındır. Mariupol müharibə başlayandan bəri Rusiya tərəfindən ələ keçirilən ilk böyük şəhər olduğu üçün kritik bir inkişaf hesab edilsə də, Rusiyanın Luqanska da əl atmaq üzrə olduğu açıqlanıb.

Rusiya mediası bildirib ki, Rusiya qüvvələri hazırda Luqanskın 95 faizinə nəzarət edir. Rusiya Müdafiə Nazirliyinə bağlı Zvezda telekanalı bazar günü bildirib ki, Ukrayna qüvvələri Severodonetsk və Lisiçanski hələ də əlində saxlayır.

Luqansk qubernatoru isə açıqlaması zamanı bildirib ki, Rusiya Severodonetski məhv etməyə çalışır, şəhər Donbasın sənaye zonasını ələ keçirməyə çalışan Moskva qüvvələri tərəfindən güclü atəşə tutulub.

Qubernator Rusiya qüvvələrinin "şəhəri qəsdən məhv etməyə çalışdığını" iddia edərək, rusların 24 saatlıq fərq qoymadan atəşə tutmasından sonra Luqanskın bir neçə qəsəbə və şəhərini işğal etdiyini bildirib. Qeyd edək ki, fevralın 24-də müharibə başlayanda şərq ərazilərinin üçdə ikisi Ukraynanın nəzarəti altında idi. Qalanları 2014-cü il müharibəsindən bəri rusiyapərəstlər tərəfindən birtərəfli qaydada elan edilib. O, Rusiyanın dəstəklədiyi kiçik muxtar vilayətlər kimi mövcud idi.

Xatırladaq ki, müharibə başlamazdan bir neçə gün əvvəl Putin bu iki bölgənin hamısının Ukraynadan müstəqilliyi qəbul etdiyini açıqlamışdı. Əgər Rusiya bu regionların hər ikisini tamamilə ələ keçirsə, Putinə “uğur əldə etmək” üçün böyük imkan yaradar. Növbəti addım Donbasın ilhaqı olacaq. Necə ki, 2014-cü ildə Krımda mübahisəli və beynəlxalq aləmdə qəbuledilməz referendum keçirdi...

Onu da bildirək ki, Rusiyanın “kuklası” olan Luqansk vilayətinin rəhbəri artıq “gələcək referendum”dan danışmağa başlayıb. Təbii ki, hazırda müharibənin davam etdiyi regionda referendum və ya hər hansı səsvermə haqqında danışmaq olduqca qəribə görünür.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »