Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Pekini qorxutmaq üçün Moskvanı çökdürəcək: "Bu, Çinə də bir mesajdır"
Bayden Pekini qorxutmaq üçün Moskvanı çökdürəcək: "Bu, Çinə də bir mesajdır"

Təcavüzkar ölkə olan Rusiya Ukraynadakı müharibənin əvəzini uzunmüddətli perspektivdə ödəməli olacaq. Moskva hədsiz dərəcədə cəzalandırılacaq ki, Çin Tayvanı işğal etmək barədə düşünməsin.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Rusiya Federasiyası üçün nəticələri açıqlayıb.

Belə ki, Baydan bu barədə ABŞ-ın Asiya regionunda təsirini gücləndirmək üçün Tokio səfəri zamanı bəyanat verib. Bayden deyib ki, Rusiya “Ukraynadakı barbarlığa” görə “uzunmüddətli əvəz” ödəməlidir.

Onun sözlərinə görə, söhbət Rusiya Federasiyasına qarşı artıq ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilən sanksiyalardan gedir. Bayden əlavə edib: “Bu, təkcə Ukraynaya aid deyil.

O vurğulayıb ki, sanksiyalar qorunmasa, "bu, Tayvanı güc yolu ilə ələ keçirməyə çalışan Çinə də bir mesajdır”.

Xatırladaq ki, Bayden ABŞ-ın Tayvanı işğaldan qorumaq üçün güc tətbiq etməyə hazır olacağını da bildirib. O qeyd edib ki, ölkəsi müttəfiqləri ilə birlikdə Çinin Tayvana qarşı təcavüzünün qarşısını almaq üçün artıq mümkün olan hər şeyi edir.

Bir müddət əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyirdi ki, Aİ müharibədən sonra Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün rus oliqarxlarının dondurulmuş aktivlərindən istifadə imkanlarını araşdırır.

Lakin Almaniyada belə bir təşəbbüsü dəstəkləmədiklərini bildirdilər.

Bununla belə, Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, onun ölkəsi Rusiya Federasiyası Mərkəzi Bankının əvvəllər dondurulmuş xarici aktivlərinin müsadirəsini nəzərdən keçirməyə hazırdır.

Müharibə başlayanda çoxları düşünürdü ki, Çinin dəstəyi ilə Rusiya Qərbə qarşı müqavimət göstərəcək. Amma sanksiyalar məsələsində Qərbin bir araya gəlməsi və sərt reaksiyası Pekini geri çəkilməyə məcbur etdi. Hazırda Çinin Rusiyaya ciddi dəstəyi müşahidə olunmur. Problem ondadır ki, dünyada ikinci ən böyük iqtisadiyyat olan Çin gəlirinin çox hissəsini ABŞ və Avropadan əldə edir. Üstəlik, Çinin istehsal sahələri də yarımfabrikatları, xüsusən də yeni texnologiyaları Qərbdən alır. O üzdən də bu ölkələrin sanksiyaları Çini çətin duruma sala bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »