Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyada əhali 1990-cı illərdən daha sərt yoxsulluqla üzləşib"
"Rusiyada əhali 1990-cı illərdən daha sərt yoxsulluqla üzləşib"

Rusiya iqtisadiyyatı çökür. Əsas görünən əlamət isə, Rusiya Federasiyasına idxalın kəskin azalmasıdır.

Belə ki, son dövrlərdə Rusiyaya idxalat ən azı 50 faiz azalıb. Faktiki olaraq, ölkə xaricdən gələn resursları, texnologiya və malları itirib. Bizimyol. info xarici xəbər verir ki, bu barədə "İnsider" nəşri məlumat yayıb.

Beynəlxalq Maliyyə İnstitutunun baş ticarət iqtisadçısı Robin Brooks bir neçə gün əvvəl paylaşdığı tvitində "İqtisadiyyat çökür. Biz 2022-ci ilin sonuna qədər ÜDM-in 30 faiz çökəcəyini proqnozlaşdırırıq" deib.

Brooks əlavə edib ki, IIF tədqiqatçısı Jonathan Pingle-nin köməyi ilə tərtib edilən məlumatlara görə, 20 ölkədən Rusiyaya ixrac aprel ayında bir ilin eyni dövrü ilə müqayisədə 50 faiz azalıb. Bununla belə, aprel ayında Rusiyadan digər ölkələrə aylıq ixracat ötən ilin eyni dövrü ilə müqayisədə 64 faiz artıb, çünki neft və qaz satışları Moskvanın gəlirlərinin böyük hissəsini təşkil edir. Brooks bildirib ki, ölkənin cari hesabının profisiti “böyük” olub. Yəni Rusiya idxal etdiyindən qat-qat çox ixrac edib.

Qeyd edək ki, Rusiya fevralın sonlarında Ukraynada işğal müharibəsinə başlayandan sonra ticarət məlumatlarını işıqlandırmağı dayandırıb. Bu səbəbdən də, Brooks məlumatların ölkənin ən yaxşı 20 ticarət tərəfdaşından istifadə edilərək tərtib edildiyini bildirib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer-Olivier Qurinşa Rusiya iqtisadiyyatının yaxın illərdə bərpa olunmayacağına inanır. 2022-ci ildə ÜDM-in azalması 8,5 faiz, gələn il isə 2,3 faiz ola bilər.

Onu da deyək ki, Rusiya Federasiyasının regionlarında açıq şəkildə Ukraynada “xüsusi əməliyyat” adlanan əməliyyatın iqtisadi böhrana səbəb olduğunu deyirlər. Belə ki, hazırda Rusiya regionlarında əhali 1990-cı illərdə olduğundan daha sərt yoxsulluqla üzləşib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »