Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Meymun çiçəyi" sürətlə yayılır, karantin tədbiri gözlənilir
"Meymun çiçəyi" sürətlə yayılır, karantin tədbiri gözlənilir

Dünyanı bürüyən və milyonlarla insanın ölümünə səbəb olan "Covid-19" pandemiyasından sonra yeni bir narahatlıq ortaya çıxdı. "Meymun çiçəyi" virusu hallarının artması ilə gözlər səlahiyyətli qurumlara çevrildi.

Bizimyol.info xəbər verir ki, dünya mətbuatında yer alan məlumatlara görə, dünən daha 3 ölkədə virusla bağlı yeni halların aşkarlanmasından sonra Avropadakı mütəxəssislərdən bir-birinin ardınca yeni açıqlamalar gəlib. Onlar xəstəliyin yayılmasından narahat olduqlarını bildiriblər.

Xəstəliyin ilk ortaya çıxdığı İngiltərədəki səhiyyə xidməti rəsmiləri, yoluxmaların sayında artım gözlənildiyini açıqlayıb və ölkədə yaxın təmasda olan insanlara 21 gün ərzində özünü təcrid etməyi tövsiyə edilib. Belçika "meymun çiçəyi" aşkarlananların 21 gün məcburi karantində saxlanılacağını açıqlayıb.

Dünyanın 15 ölkəsində müşahidə edilən "meymun çiçəyi" xəstəliyinin yayıldığı barədə məlumatverildikdən sonra mütəxəssislərdən bir-birinin ardınca həyəcanlı açıqlamalar gəldib. Avropada ilk yoluxma mayın 7-də İngiltərədə görüldükdən indiyə qədər olan müddəydə dünyada 80-ə yaxın hadisə qeydə alınıb.

Xəstəliyin ilk ortaya çıxdığı İngiltərədə səhiyyə rəsmiləri, yoluxmaların sayında artım gözlənildiyini açıqlayıb. Britaniya Cinsi Sağlamlıq və HİV Assosiasiyasının prezidenti Claire Devsnap qarşıdakı həftələrdə "həqiqətən əhəmiyyətli rəqəmlər" görsənəcəyini gözlədiyini söyləyib. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) baş tibbi məsləhətçisi Susan Hopkins, həftə sonu aşkarlanan halların bu gün açıqlanacağını bildirərək, sayının artması ilə bağlı narahatlığını ifadə edib.

Nadir xəstəliyin qeyri-adi yayılması Böyük Britaniyada kontakt axtarışı və sınaq dalğasına səbəb olub. İndiyədək 20 hadisə təsdiqlənib. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi yaxın təmasda olan şəxslərə 21 gün ərzində özlərini təcrid etməyi, işdən uzaq durmağı və immuniteti zəif olan şəxslər, hamilə qadınlar və 12 yaşdan kiçik uşaqlarla təmasdan çəkinməyi tövsiyə edib. Belçika xəstəliyin yayılmasının qarşısını almaq üçün üç həftəlik karantin tətbiq edən ilk ölkə oldu. Qərarla "meymun çiçəyi" virusuna yoluxmuş şəxslər 21 günlük məcburi izolyasiyaya məruz qalacaqlar.

Monkeypox virusu asanlıqla yayılmır və yoluxmuş şəxslərdə qızdırma, dəri döküntüsü və blisterlər kimi müalicə tələb etməyən yüngül simptomlara səbəb olur. Bununla belə, virus immun sistemi zəif olan insanlarda, hamilə qadınlarda və azyaşlı uşaqlarda daha ciddi xəstəliklərə səbəb ola bilər. İngiltərədə aşkarlanan hadisələrdən birinin reanimasiyada müalicə olunduğu iddia edilir.

"Meymun çiçəyi" Mərkəzi və Qərbi Afrikada geniş yayılıb. Böyük Britaniyada 2018-ci ildən 2021-ci ilə qədər 7 "meymun çiçəyi" hadisəsi qeydə alınsa da, bütün hallar Nigeriya ilə əlaqəli olub.

Sağlamlıq Elmləri Universiteti Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. İlyas Dökmetaş deyir ki, qlobal istiləşmənin artdığı, virusların çox tez mutasiyaya uğradığı, turizm mövsümünün 2 ildən sonra canlandığı, beynəlxalq səyahətlərin xeyli artdığı, kütləvi tədbirlər, festivallar, şənliklər keçirildiyi bir dövrdə ortaya çıxa biləcək yeni və ya köhnə virusların varlığına təəccüblənməməliyik.

“Ona görə də onun Türkiyəyə gəlməməsi üçün heç bir səbəb yoxdur! İstanbulun beynəlxalq səyahətlər üçün transfer nöqtəsi olması riski daha da artırır. Bu təqib edilməli bir xəstəlikdir. Virus ilk dəfə 1958-ci ildə laboratoriyada meymunlarda görülüb. Ona görə də ona meymun çiçəyi deyilir, lakin o, təkcə meymunlardan deyil, həm də zoonos gəmiricilərindən (siçovul, siçan, dələ və s.) yoluxur. Heyvandan insana ilk yoluxma 1970-ci ildə Konqoda baş verib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »