Böyük Britaniya ərazisində müharibə gedən Ukraynanın istehsal etdiyi taxıl və digər ərzaq məhsullarını ixrac etmək imkanını təmin etmək üçün mümükün yollar axtarmağa çalışacağına söz verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisinin bazar günü Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətindən sonra yaydığı bəyanatda deyilir.
"Baş nazir Ukrayna əhalisini ehtiyac duyduqları ərzaq və humanitar yardımla təmin etmək, habelə dövlətin dünyanın digər ölkələrinə ixrac etmək imkanını təmin etmək üçün səyləri ikiqat artıracağına söz verib", - deyə məlumatda qeyd edilir.
Conson həmçinin dünya birliyinin bütün üzvlərinin “Ukraynaya azadlıq mübarizəsində həm indi, həm də uzunmüddətli perspektivdə kömək etmələrinin” zəruriliyini vurğulayıb.
Qeyd edək ki, aprel ayında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın işğal etdiyi ərazilərdən dəyəri 100 milyon dollardan çox olan 400-500 min ton taxıl oğurlalandığı barədə məlumat vermişdi.
Nazir bu açıqlamanı Ukrayna taxılını daşıyan Rusiya gəmisinin Suriya sahillərində dayanması ilə bağlı dünya mətbuatında yer alan yazıların dərcindən sonra verib.
CNN telekanalı Rusiyanın Ukraynadan oğurladığı taxılları satdığını yazıb. Kanalın məlumatına görə, satışla məşğul olan üç gəmidən biri – “Matros Pozıniç” Suriya sahillərində görünüb. CNN bunu təsdiq edən peyk görüntülərini də dərc edib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin "hərbi əməliyyat" elan edib. Bundan sonra ABŞ, Aİ, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Qadir, Bizimyol.info