Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda etiraz: Ermənistan müxalifəti metronu dayandırıb - Video
İrəvanda etiraz: Ermənistan müxalifəti metronu dayandırıb - Video

“Müqavimət” hərəkatının fəalları səhər saatlarından etibarən İrəvan metrosunda etiraz aksiyaları keçirirlər.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, “Gəncliyin səsi” tələbə hərəkatının nümayəndələri metronun “Yeritasərdəkan” stansiyasında etiraz aksiyası keçiriblər.

Onlar vaqonların qapılarının arasında oturaraq qatarın hərəkət etməsinə mane olmağa cəhd ediblər. Aksiya bir neçə dəqiqə davam edib. Metropoliten işçilərinin müdaxiləsindən sonra aksiya dayandırılıb və metronun işi bərpa olunub. Metro vaqonlarınında hərəkətlərini davam etdirən gənclər hökumət əleyhinə müxtəlif şuarlar səsləndiriblər. Tələbələr stansiyalardan keçməyə qərar veriblər və bütün yol boyu “Nikol xaindir!", "Paşinyan satqındır", "Nikol ölkəyə rəhbərlik edə bilməz” şüarları səsləndirdilər.

Polis “Ploşad Respubliki” stansiyasına gələn aksiya iştirakçılarını saxlayaraq polis bölməsinə gətirib. Aksiyada iştirak edən deputat Areqnaz Manukyan onları hansı əsasla gətirdikləri və fəalları hara apardıqları ilə bağlı sualları cavabsız qalıb. O, heç bir məlumat ala bilməyib. Polis onun suallarına cavab verməkdən imtina edib.

Metropolitenin mətbuat xidmətindən Ermənistan mətbuatına bildiriblər ki, qısamüddətli dayanmadan sonra - saat 09:30-da metronun işi bərpa olunub və qatarların hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, mayın 2-dən etibarən Ermənistan müxalifəti paytaxt Yerevanda baş nazir Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Onların iştirakçıları bildiriblər ki, hakimiyyətin siyasəti ölkəni dövlətçiliyin itirilməsinə gətirib çıxara bilər. Ermənistan tələbələri Paşinyanı hakimiyyətini qondarma "Artsax respublikası"nın mövcudluğuna təhlükə sayırlar.

Qadir, Bizimyol.info

P.S. Ermənistanda kimin hakimiyyətdən düşürülmələri və ya kimin rəhbərliyə gətirilmələri Azərbaycanı az maraqlandıran amildir. Çünki bizim üçün onların birinin digərindən heç bir fərqi yoxdur. Ermənistan cəmiyyətinin "Artsax" narahatlığına gəlincə, buna heç bir əsas yoxdur, çünki belə bir inzibati vahid ümumiyyətlə, mövcud deyil.

Son xəbərlər
Bütün xəbərlər »