Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Qərargah: Bir sıra ərazilərdə rusların hücumu uğursuz olub
Baş Qərargah: Bir sıra ərazilərdə rusların hücumu uğursuz olub

Avdeevski, Kuraxovski, Novopavlovski və Zaporojye istiqamətlərində hərbi əməliyyatların intensivliyində əvvəlki günlərlə müqaisədə azalma müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.

"Avdeyevski, Kuraxovski, Novopavlovski və Zaporojye istiqamətlərində döyüş əməliyyatlarının intensivliyində azalma müşahidə olunur. Düşmən Müdafiə Qüvvələrinin mövqelərini atəşə tutaraq əldə etdiyi xətlərdə möhkəmlənməyə çalışır. Bundan əlavə, işğalçılar Avdeevka, Novoselovka Vtoraya, Novomikhailovka və Nikolskoye yaşayış məntəqələrinin ərazilərində mülki infrastruktura aviazərbələr endiriblər", - deyə Baş Qərargahın verdiyi məlumatda qeyd olunur.

"Donetsk istiqamətində düşmən Ukrayna qoşunlarının müdafiəsini yarmaq və Luqansk vilayətinin inzibati sərhədlərinə çatmaq cəhdlərindən əl çəkmir", - bildirilir.

“Limanski istiqamətində aktiv döyüş əməliyyatları aparilmır. Amma buna baxmayaraq işğalçılar Liman, Ozernoye və Dubrava yaşayış məntəqələri ərazilərindəki infrastrukturu atəşə tutublar. Severodonetsk rayonu istiqamətində də döyüş olmasa da, düşmən qüvvələrini Severodonetsk qəsəbəsi ətrafında cəmləyib. Toşkovka ərazisində isə hücum əməliyyatları həyata keçirən işğalçılar geri oturdulub”, - məlumatda deyilir.

"Baxmut istiqamətində düşmən Aleksandropol vilayətinə hücum edib, lakin ağır itki verərək geri çəkilməyə məcbur olub. Lipovoye və Trypillya bölgələrində hücum əmrinə əməl etməyə cəhd eidblər. Lakin düşmən Ukrayna hərbçilərinin layiqli müqaviməti ilə qarşılandığını görərək müvəffəqiyyət qazanmadan əvvəlki mövqeyinə çəkilməyə məcbur olub.

Bundan əvvəl rus işğalçılarının Slavyan istiqamətində hücuma şərait yaratmağa çalışdığı bildirilirdi. Onlar təmas xəttində yaşayış məntəqələrini atəşə tutub. Düşmən qüvvələrinin ərazidə aparmaq istədiyi kəşfiyyat tədbirləri də uğursuzluğa düçar olub", - deyə qeyd edilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »