Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaporojyedə ruslar evləri qarət edir və biznesi ələ keçirir
Zaporojyedə ruslar evləri qarət edir və biznesi ələ keçirir

Zaporojye vilayətinin işğal olunmuş yaşayış məntəqələrində rus hərbçiləri dinc sakinlərin evlərini qarət edir, yerli biznesi ələ keçirməyə çalışırlar.

Bizimyol.info xəbər verir ki, talan faktları ilə bağlı Zaporojye Regional Hərbi Administrasiyası (RHA) "Telegram"da məlumat yayıb.

Qeyd olunur ki, Novoqorovka kəndlərinin sakinləri Rusiya Federasiyasının hərbi qulluqçularının sayının artdığını bəyan edirlər. İşğalçılar orada məktəb və mədəniyyət evində məskunlaşıblar.

“Poloqovski rayonunun İnjenernoye kəndində də vəziyyət eynidir. Regional Hərbi Administrasiyanın bildirdiyinə görə, Qusarkada ruslar tərk edilmiş evlərdə məskunlaşıblar, dünən harada həyin olmasına baxış keçirmək məqsədi ilə ətrafı dolanıblar, sonra isə tərk edilmiş evləri qarət ediblər. Hazırda Vasilievkada rus hərbçilərinin sayı yerli sakinlərin sayından artıqdır. Eyni zamanda işğalçılar mülki əhalini soymaqda davam edir, istədikləri, qiymətli hesab edilən hər şeyi onların evlərindən zorla götürürlər”, - deyə məlumatda qeyd edilir.

Həmçinin bildirilir ki, Berdyanskda işğalçılar yerli müəssisələri ələ keçirir və onların əmlakını hərbçilər arasında bölməyə çalışırlar: “Şəhəri tərk edən və düşmənlə əməkdaşlıqdan imtina edən kafe və restoranların sahibləri öz mülklərini tamamilə itirmiş olublar: ruslar bunu güya “şəhər administrasiyası” adlanan qondarma qurumun xeyrinə müsadirə etmək barədə qərar verirlər. Nəticədə, qurumlar kollaboratorların xidmətlərinə qarşılıq olaraq onların idarəçiliyinə verilib”, - deyə məlumatda qeyd edilir.

Daha əvvəl bildirilmişdi ki, Zaporojye vilayətinin işğal altında olan Enerqodar şəhərində oğurlanmış yanğınsöndürənin azad edilməsi üçün danışıqlar aparılır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »