Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya donanmasının flaqmanı "Admiral Makarov" Sevastopoldan "qaçıb"
Rusiya donanmasının flaqmanı "Admiral Makarov" Sevastopoldan "qaçıb"

“Cənub” əməliyyat komandanlığı dənizdən raket zərbələri endirilməsi ehtimalının artacağı barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "OK Cənub"un axşam məlumatlrında ​​deyilir.

“Odessa vilayətində vəziyyət sabitdir və nəzarət altındadır. Verilən məlumatda bildirilir ki, Qara dənizdə 7 böyük desant və 2 raket gəmisi qruplaşması, Qara dəniz donanmasının ən yeni gəmilərindən biri olan "Admiral Makarov" Sevastopoldan geri çəkilib. Nəzərə almaq lazımdır ki, yerləşmə məsafəsində raket zərbələri ehtimalı hələ də qalmaqdadır”, - deyə məlumatda bildirilir.

Komandanlıq bildirir ki, bu gün Nikolayev və Xerson vilayətlərindəki təmas xəttində düşmənin döyüş taktikasında ciddi dəyişiklik yoxdur: "Əvvəllər olduğu kimi, irəli getmək imkanından məhrum olan düşmən mövqelərini möhkəmləndirir, havadan kəşfiyyat aparmağa çalışır.

Qeyd olunur ki, gün ərzində raket və artilleriya bölmələrimizin həyata keçirdiyi əməliyyatların nəticələrinə əsasən, aviasiya ilə birlikdə düşmən ən azı 55 döyüşçünü və bir neçə zirehli texnikasını itirib, yekun sayı dəqiqləşdirilir", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, həmçinin, Xerson rayonu üzərində “Orlan-10” tipli kəşfiyyat aparatı məhv edilib:

"Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin işğalçıları Severski Donetsindən keçməsinə imkan vermədiyi barədə məlumat verilib", - deyə qeyd edilib.

"Moskva" kreyseri "Moskva" kreyseri

Qeyd edək ki, Rusiya ən böyük və mühüm əhəmiyyətə malik gəmilərindən biri - "Mockva" kreyserini itirəndən sonra təhlükədə olan donanmasının qorunmasında müəyyən yerdəyişmələr edir.  "Admiral Makarov"un yerdəyişməsi də güman ki, onun təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirdir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »