Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın masonlar haqda eşitmədiyiniz faktlar - Yeni universitet layihəsi - FOTO
Qadın masonlar haqda inanılmaz faktları təqdim edirik:

Qadın masonlar 100 ildir ki, fəaldılar. Eyni ilə kişi masonlar kimi onların da tədbirləri olur. Mərasimlər keçirir və qadın masonların rütbələrini qaldırırlar. BBC-nin Viktoriya Derbişir proqramı qadın masonların sirlərini araşdırıb. Masonluğun nə olduğu sual verilir. Onda cavab belə olur: “Alleqoriyalarda gizlənmiş və simvollarla təqdim olunan bir əxlaq sistemidir”

Dialazaza Nikela

Dialazaza Nikela artıq masonluğun ikinci səviyyəsinə qəbul olunur. Birinci səviyyədə boynuna kəmənd keçirilir və sağ qolu, diz qapağı açılır. Bu qaydaların hamısının öz mənası var, amma heç birinin mənası izah edilmir. Üçüncü səviyyədə isə ölümü və həyatın sınaqdan çıxarılması “Bu bir həyatın sonu, yeni həyatın başlangıcıdır” mərasimi keçirilir. Bu ifadənin də mənası açıqlanmayıb. Çox insanın qadın masonlardan heç xəbərləri yoxdur.

İngiltərədə masonların 300 illik tarixi var.

İngiltərədə kişi masonlar 300 il öncə toplanmağa başlayıblar və hər zaman diqqət çəkiblər. İngiltərədə kişi masonların rəhbəri Kent qrafı şahzadə Edvard olub. İngiltərədə qadın masonlar XX əsrin başlangıcında iki yerə bölünüb. Bu gün antik Masonluğun Uca Qardaşlığı və Qadın masonlar Lojası adlı iki sistemə ayrılırlar. Qadın masonlar əsasən Lojalarda və məbədlərdə toplantılar edirlər. Mərasimlərdə qadınlar ağ cübbə geyinir və rütbələrini göstərən nişanlar taxırlar.

Mərasim mənzilin ortasındakı dəhlizdən keçməklə başlayır. Təşkilat üzvləri bir-birinə əyilərək salam verərlər.

Zuzanka Penn

Ustad Zuzanka Penn öz taxtında oturur. Mərasimlər boyunca dua edilir və bu da onların bir dini qrup olması təəssüratını yaradır. “Bəzi üzvlərimiz çox dindardır. Lakin hər hansı bir dinin üzvü olmasının bizim üçün hec bir əhəmiyyəti yoxdur. Hər kəs bizim təşkilatın üzvü ola bilər.

Hazırda mason qadınların yaşları 50-dən çoxdur. Ona görə hazırda universitet tələbələri arasında üzvlərini artırmağa çalışırlar.

Mason üzvlərinə birinci şərt olaraq öz həmkarlarını qorumaq və qanunların tələb etdiyi qədər sirlərini saxlamaq irəli sürülür. Ona görə də masonlar uzun müddətdir korrupsiyada ittiham olunurlar.

Hazırda İgiltərədə 4 min 700 qadın, və 200 min kişi mason var. Masonlar məbəd dedikləri məkanlarda görüşürlər. Bunun da qədimdən onların daş və bənnalardan gələn əsilləri ilə əlaqədər olduğu deyilir. Bi insanın tam mason olması üçün üçüncü səviyyəni keçməsi lazımdır. Məşhur masonlar arasında Çörçilin, Artur Konan Doylun, Kiplinqin, Oskar Uayldın adı çəkilir.

Masonluğun ilk gizli əlaməti xüsusi əl görüşməsidir. BBC bunun necə olduğu ilə maraqlananda bunu öyrənmək üçün üzvümüz olmağınız lazımdır deyə cavab verilib.(islaminsesi.tv)

Son xəbərlər
Bütün xəbərlər »