Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ" mövsümün çempionu oldu
"Qarabağ" mövsümün çempionu oldu

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü başa çatıb.

Mövsümün sonuncu – XXVIII turunda dörd qarşılaşma baş tutub.

“Qarabağ” qızıl, “Neftçi” gümüş medalı öncədən təmin etdiyindən son tur yalnız bürüncün taleyinə aydınlıq gətirib. Öz meydanında “Şamaxı” ilə qarşılaşan “Zirə” qolsuz heç-heçə edərək 3-cü pilləni qoruyub.

Qəsəbə klubunun medalçılar sırasında qalmasında “Qəbələ”nin “Sabah”la görüşdəki xal itkisi səbəb olub. Qəbələ şəhər stadionundakı görüş 1:1 hesabı ilə başa çatıb.

Mövsümün son iki görüşü darmadağınla nəticələnib. Autsayderlərin duelində “Sumqayıt” “Səbail”i meydana çıxmağa peşman edib.

Çempionatın son qarşılaşmasında ölkənin iki ən yaxşısı üz-üzə gəlib. “Qarabağ” matçın taleyini erkən qollarla həll edib. Ağdam klubu bu qarşılaşmada darmadağınla qalib gələrək qızıl medalçısı olduğu çempionatı qələbə ilə başa vurub.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasına, “Neftçi”, “Zirə” və “Qəbələ” isə Konfrans Liqasına vəsiqəni öncədən təmin edib.

Premyer Liqa

XXVIII tur

21 may (şənbə)

17:00. “Zirə” – “Şamaxı” - 0:0

Qırmızı vərəqə: Hamidu Keyta, 87

Baş hakim: Rauf Allahverdiyev

“Zirə”: 41. Anar Nəzirov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov

Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev

Məşqçi: Vaqif Paşayev

“Şamaxı”: 27. Əkpər Vəliyev, 99. Rafael Məhərrəmli (k), 11. Sadio Tounkara, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 9. Natan Oduva, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov

Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 19. Fəhmin Muradbəyli, 24. Nihad Tamazov, 80. İbrahim Novruzov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov, 97. Qurban Səfərov

Baş məşqçi: Rüstəm Əliyev

Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Sabah” - 1:1

Qollar: Murad Musayev, 68 - Aleksey Kaşuk, 86

Baş hakim: Əliyar Ağayev

“Qəbələ”: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 12. Rüfət Əhmədov

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov

Baş məşqçi: Elmar Baxşıyev

“Sabah”: 94. Yusif İmanov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 99. Hiqor Qabriel, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk, 33. Camal Cəfərov

Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 24. Mixeil Erqemlidze, 11. Kristian Sebalyos, 15. Kristian da Silva, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev

Məşqçi: Vitali Korneyev

Qəbələ şəhər stadionu

19:00. “Sumqayıt” – “Səbail” - 5:0

Qollar: Anatoli Nuriyev, 4, Əli Qurbani, 35, 42, Elvin Bədəlov, 51, Vüqar Bəybalayev, 86

Baş hakim: Rəvan Həmzəzadə

“Sumqayıt”: 23. Andrey Popoviç, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 9. Əli Qurbani, 74. Yusif Nəbiyev, 91. Anatoli Nuriyev, 8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı

Baş məşqçi: Aleksey Baqa

“Səbail”: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 5. Adil Nağıyev (k), 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 66. İbrahim Aslanlı

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov, 15. Ayxan Bədizadə

Baş məşqçi: Aftandil Hacıyev

“Kapital Bank Arena”

19:30. “Qarabağ” – “Neftçi” - 4:1

Qollar: Patrik Andrade, 5, 14 Kadi Borqes, 10, İvan Brkiç, 57 (öz qapısına) - Ramon Maçado, 71

Baş hakim: Fərid Hacıyev

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı

Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 1. İvan Brkiç, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç (k), 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov

Baş məşqçi: Samir Abasov

“Azersun Arena”

1Qarabağ28216172-1369
2Neftçi28155842-3150
3Zirə28138733-2747
4Qəbələ28129738-3445
5Sabah281251142-3441
6Sumqayıt28571622-4622
7Şamaxı28571625-4922
8Səbail28432117-5715

Bombardirlər: Kadi Borqes ("Qarabağ") - 12 qol.(apa)

Son xəbərlər
Bütün xəbərlər »