Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Leviyev: “Putin ordusunun bircə dənə də olsun real uğur yoxdur”
Leviyev: “Putin ordusunun bircə dənə də olsun real uğur yoxdur”

Araşdırmaçı jurnalistlər komandasının Conflict Intelligence Team komandasının təsisçisi Ruslan Leviyev Rusiya ordusunun Ukraynadakı müharibədəki uğursuzluqlarının əsas səbəblərini açıqlayıb. Bu yarıtmaz komandanlığın və ciddi təlimin olmamasının nəticəsidir.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Meduza"ya müsahibəsində fikirlərini bildirib.

"İndi əməliyyat lokal döyüşlər formatına keçib. Rusiya ordusu növbəti dəfə Donbasda mühasirə yaratmağa çalışır. Bu müharibənin müxtəlif dövrlərində rus qoşunları müxtəlif ölçülü "sancaqlar" düzəltməyə çalışıblar. "Azovstal" istisna olmaqla, bircə real uğur hadisəsi haqqında məlumatım yoxdur, onu da nə dərəcədə mühasirə adlandırmaq olar bilmirəm. Hər dəfə onların planları uğursuzluqla nəticələnir. Hər şey prosesi gecikdirəcək. Səfərbərlik etmək istəmirlər. Görünür, ona görə də 40 yaşdan yuxarı olsanız belə, müqavilə bağlamağa icazə verən qanundan danışırlar”, - deyə hərbi ekspert bildirib.

Leviyev hesab edir ki, səfərbərlik olmasa, Rusiya ordusu real vəziyyəti dəyişə bilməyəcək.

"Fevralın əvvəlində biz hər şeyin Rusiya üçün daha uğurlu olacağını gözləyirdik, lakin zəif komandanlıq və ciddi təlimin olmaması səbəbindən hər şey dağıldı. Düzgün səfərbərlik həyata keçirilsə, bu Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmağa və onları ələ keçirməyə kömək edə bilər. Bu da yanlış edilsə, "heç nə dəyişməyəcək və hər şey indi olduğu kimi qalacağını etimal etmək olar. Hazırlıq üçün ən azı bir-iki ay vaxt verməsən səfərbərlikdən bir məna kəsb etmək mümükün deyil. Təlim keçməmiş insanları cəbhəyə göndərmək uğursuzluğun başlanğıcıdır", - deyə o qeyd edib.

Xatırladaq ki, Ruslan Leviyev bildirib ki, Rusiya ordusunda irimiqyaslı problem yaranır - getdikcə daha çox "refuseniklər" - cəbhə xəttinə və hətta sərhədə getməkdən imtina edən əsgərlər olacaq .

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »