Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çimkənddə doğum evinin yaxınlığında partlayış olub
Çimkənddə doğum evinin yaxınlığında partlayış olub

Qazaxıstanın cənubunda yerləşən Çimkənt şəhərində perinatal mərkəzin yaxınlığındakı aptekdə partlayış olub. Baş verən hadisə nəticəsində 3 nəfər ölüb.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Şimkənddə 1 saylı regional perinatal mərkəzin yanında yerləşən özəl aptekin binasında partlayış baş verib. Təəssüf ki, faciəvi hadisənin qurbanları 1979-cu il təvəllüdlü mühafizəçi, 1980-ci il təvəllüdlü fəhlə və 18 günlük yeni doğulmuş uşaqdır. Səkkiz nəfər xəsarət alıb, onların hamısı şəhərin tibb müəssisələrinə yerləşdirilib”, - deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.

Daha əvvəl iki nəfərin - mühafizəçi və yeni doğulmuş uşağın öldüyü barədə məlumat verilmişdi. Sonradan daha bir nəfər - fəhlənin öldüyü barədə məlumat verilib. Hadisə zamanı perinatal mərkəzdə 189 xəstə və 65 işçi olub. Onların hamısı Çimkəndin digər tibb müəssisələrinə yerləşdirilərək müalicə başladılıb.

Çimkənd Polis İdarəsindən verilən məlumata görə, partlayış nəticəsində şoran məhlulların istehsal olunduğu 138 saylı xəstəxanalararası özəl aptekin binası dağılıb. Partlayış nəticəsində baş verən yanğın tamamilə lokallaşdırılaraq söndürülüb.

Partlayış faktı ilə bağlı polis Qazaxıstan Cinayət Məcəlləsinin “yanğın təhlükəsizliyi tələblərinin pozulması, nəticədə insan ölümü” maddəsi ilə ibtidai istintaqa başlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »