Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu
Ərdoğan tələblərini İsveç baş nazirinin qarşısına qoydu

Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Maqdalena Andersson ilə telefon danışığı aparıb.

Bizimyol.info xəbər verir ki, Prezidentin ictimai əlaqələr şöbəsindən verilən açıqlamada bildirilib ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər və İsveçin NATO-ya üzvlük müraciəti müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiyini bildirib və alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından mühüm dəyər olduğuna diqqət çəkib.

Türkiyənin uzun müddətdir İsveçin terror təşkilatı PKK/YPG/PYD-nin nəzarəti altında olan şəxslər və sözdə təşkilatlarla təmaslarından narahat olduğunu nəzərə aldığını ifadə edən prezident Ərdoğan, FETÖ terror təşkilatının fəaliyyətini İsveçdə də davam edirdiyini baş nazirin diqqətinə çatdırıb.

Prezident Ərdoğan İsveçin terror təşkilatlarına siyasi, maliyyə və silah dəstəyinə son qoyulmalı olduğunu vurğulayıb.

PKK/PYD/YPG-nin İŞİD-lə mübarizə apardığı iddiasının həqiqəti əks etdirmədiyini deyən prezident Ərdoğan, İsveçdən terror təşkilatı PKK və onun İraq və Suriyadakı genişlənməsi ilə bağlı Türkiyənin narahatlığını bölüşdüyünü göstərən konkret və ciddi addımlar atmasını gözlədiklərini dilə gətirib.

Prezident Ərdoğan Suriyadan Türkiyəyə gələn terror təhlükəsi səbəbilə həyata keçirməli olduqları “Barış Pınarı” əməliyyatından sonra İsveçin müdafiə sənayesində Türkiyəyə tətbiq etdiyi məhdudiyyətlərin də aradan qaldırılması lazım olduğunu bildirib.

Qeyd edək ki, Finlandiya və İsveçin höküməti Rusiyanın Ukraynaya hücumundan sonra, ölkənin təhlükəsizliyini təmin etmək üçün NATO-ya üzv olmatla bağlı müraciət ediblər. Türkiyə Prezidenti Finlandiya və İsveçin terror təşkilatlarına dəstək verdikləri üçün hər iki dövlətin NATO-ya qəbuluna veto qoyacağını bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »