Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülh naminə Rusiyaya ərazi güzəşti etməyəcəyik"
"Sülh naminə Rusiyaya ərazi güzəşti etməyəcəyik"

Ukrayna Prezident Aparatının rəhbərinin müavini Andrey Sibiqa “tək telemarafon” efirində bildirib ki, Ukrayna sülh naminə Rusiyaya ərazi güzəştlərinə razı olmayacaq.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Sibiqa qeyd edib ki, Minsk-2 və ya Minsk-3 olmayacaq. “Ərazi bütövlüyü və suverenliklə bağlı kompromislər ola bilməz", - o, İtaliyanın Ukrayna sülh planını şərh edərkən deyib.

Onun sözlərinə görə Ukrayna hələ formal olaraq heç nə almayıb. Ancaq fevralın 24-dən sonra İtaliya Ukraynaya görünməmiş dəstək nümayiş etdirib və hazırda onun gələcək təhlükəsizliyinin təminatçılarından biri hesab olunur. Qərbdə mümkün “müharibə yorğunluğu”ndan danışan Sibiqa, Ukraynanın qələbə naminə bundan sonra da dəstək alacağına əminliyini vurğulayıb. Qeyd edək ki, mayın 19-da İtaliya hökumətinin “dörd mərhələdə sülh planı” hazırladığı və onu BMT və G7 ölkələrinə baxılması üçün təqdim etdiyi məlumdur.

İtaliyanın təklifi:

- atəşkəs və cəbhə xəttinin demilitarizasiyası;

- Ukraynaya Aİ-yə tez daxil olmaq və neytral statusu təmin etmək, müəyyən təhlükəsizlik təminatları ilə təmin etmək;

- Ukrayna və Rusiya Federasiyası arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərdə (ilk növbədə Rusiya Federasiyası tərəfindən işğal edilmiş Krım və Donbasla bağlı) “ixtilafların həlli” haqqında saziş;

- Avropada sülh və təhlükəsizlik üçün çoxtərəfli paket, silahlara nəzarət, yaranan münaqişələrə son qoyulması və “qarşılıqlı etimadın yaradılması tədbirləri”.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib ki, İtaliya Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq yolları ilə bağlı fikirlərini bölüşüb.

Hazırda bu təkliflər Ukrayna tərəfindən öyrənilir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »