Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Ukraynaya 40 milyard dollar yardım layihəsini təsdiqləyib
Bayden Ukraynaya 40 milyard dollar yardım layihəsini təsdiqləyib

ABŞ prezidenti Co Bayden Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardım nəzərdə tutan qanun layihəsini imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə müvafiq məlumat şənbə günü Ağ Evin saytında dərc olunub.

"Şənbə günü - 21 mayda prezident ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə yardımın göstərilməsi haqqında qanun imzalayıb", - Ağ Evin bəyanatında deyilir.

Co Bayden xanımı Cill Bayden ilə Co Bayden xanımı Cill Bayden ilə

Qeyd edilir ki, Amerika lideri hazırda üç günlük səfərlə Seuldadır.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsünü ötən həftə, Senat isə cümə axşamı təsdiqləyib. Senatda yekun səsvermə Bayden Ağ Evdən ayrıldıqdan və xarici turneyə getdikdən az sonra başa çatıb və onun səfərinin Yaponiya da başa çatacağı bildirilir.

Baydenin özü daha əvvəl Konqresdən Ukraynaya yardım ayırmaq üçün əlavə maliyyə tələb edib. O, ilkin olaraq Kiyevi dəstəkləmək üçün daha 33 milyard dollar ayırmağı təklif edib. Daha sonra bu məbləğ Konqresdə 40 milyard dollara yüksəlib. Xüsusilə, hərbi texnika, eləcə də ərzaq təminatı üçün daha çox vəsaitin ayrılması təklif edilib. Beləliklə, təqribən 20 milyard dollar birbaşa hərbi yardıma, o cümlədən Ukrayna hərbçilərinin təlimi və təchizatına, həmçinin Amerikanın silah ehtiyatlarının artırılmasına yönəldiləcək.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib.

O, vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər ölkənin demilitarizasiyası və denazifikasiyasıdır. Buna cavab olaraq ABŞ və müttəfiqləri Rusiya Federasiyası tərəfindən aparılan işğalın qarşını almaq məqsədi ilə Kremilə irimiqyaslı sanksiyalar tətbiq edərək Kiyevi silahla təchiz etməyə başladılar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »