Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünyanın ən güclü ordularından birinin belini qırdıq" - Zelenski
"Dünyanın ən güclü ordularından birinin belini qırdıq" - Zelenski

Ukrayna prezidenti Volodymir Zelenski Ukrayna xalqının, o cümlədən hərbçilərin həyatının çox qiymətli olduğunu bildirib və o, 2022-ci il fevralın 23-də olan ərazilərin təmas xəttinə qaytarılmasının qələbə kimi qiymətləndirilə biləcəyi ilə bağlı fikirlərini bir daha təkrar edib.

"Məncə, əhalimizin müxtəlif təbəqələrinin düşüncəsi nə olursa olsun, ən əhəmiyyətli olan daha çox insanı, hərbçiləri xilas etməkdir. Bu insanlar canlarını verməyə hazır olan cəsur insanlardır... Məncə, bu bizim böyük dəyərimiz və xəzinəmizdir. Yəni bu işğal bunu sübut etdi",- deyə Zelenski bildirib.

Onun fikrincə, bu səbəbdən də bəzi nöqtədədə çox da tamahkar olmamaq lazımdır. "Baxmayaraq ki, bu ədalətli deyil. Çünki ədalət hər şeyi geri qaytardığımız zaman zəfər çalacaq. Heç kim sadəcə olaraq, heç nə vermir, amma işğal olunan torpaqlar var. İtki vermədən fevralın 24-dən əvəvlki xəttə çatmaq məncə, dövlətimizin qələbəsi olacaq",- deyə prezident Ukraynanın hədəfini açıqlayıb.

Zelenski əmin edib ki, onsuz da bütün ərazilər geri qayıdacaq. "Dünyanın ən güclü ordularından birinin belini qırdıq. Biz bunu artıq etmişik. Psixoloji olaraq onlar yaxın bir neçə ildə ayağa qalxa bilməyəcəklər. Amma unutmayın ki, bütün hərbçilərimiz də yaşamaq istəyir”,- deyə Zelencki bildirib.

Prezident müharibədə atılan hər addımı dəyərləndirməyə çalışıb. Onun sözlərinə görə, tammiqyaslı işğaldan əvvəl olan demarkasiya xəttinə çatdıqdan sonra ikinci mərhələyə - Rusiya ilə növbəti danışıqlara keçmək mümkün olacaq.

Qeyd edək ki, Ukrayna ordusu bir sıra istiqamətlərdə Rusiya ordusunu aşkar şəkildə üstələyib. Xarkov şəhəri az qala mühasirə şəraitində olsa da, Ukrayna ordusu əks-hücumla Rusiya ordusunu geri oturda bildi. Əvvəllər rəsmi Kiyev müəyyən güzəştlərə hazır olsa da, döyüş meydanında gücləndikdikdən sonra artıq danışıqlar üçün şərtini irəli sürüb. Kiyevin təklifinə əsasən danışırların aparılması üçün Rusiya ordusu müharibə başlayandan əvvəlki mövqeyinə qayıtmalıdır.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »