Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rasmussen Almaniyanın Rusiya siyasətini hədəfə alıb: "Biz məhz bunu etməliyik"
Rasmussen Almaniyanın Rusiya siyasətini hədəfə alıb: "Biz məhz bunu etməliyik"

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Berlinin Ukraynadakı müharibəyə ehtiyatlı yanaşmasını tənqid edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Almaniyanın "Handelsblatt" qəzeti Danimarka siyasətçisinin sözlərindən sitat gətirib.

Almaniya "ağır silahların tədarükü və sanksiya tədbirlərində çox qətiyyətsizdir. Əlbəttə, Almaniya Rusiyanın qaz idxalından çox asılıdır, lakin mən hesab edirəm ki, federal hökumətin dəqiq mövqeyi Ukraynadakı bütün dinamikanı dəyişəcək. Bizə Almaniyanın rəhbərliyi lazımdır", - Rasmussen vurğulayıb.

O, avropalıları Rusiyadan neft və qaz idxalını dərhal dayandırmağa çağırıb: “Əlbəttə, enerji embarqosunun öz qiyməti olacaq. Lakin uzun sürən müharibənin qiyməti ilə müqayisədə bu, kiçik olacaq".

Rassmussen bildirib ki, Ruslar həll olunmamış münaqişələrlə oyun oynamaqda mütəxəssisdirlər. “ Biz bunu Gürcüstanda, Moldovada və 2014-cü ildə işğal etdikləri Ukraynada Donbasda görürük. Biz bu münaqişəyə tez son qoymaq üçün lazım olan hər şeyi etməliyik", - siyasətçi bildirib.

Onun fikrincə, bunun ən təsirli yolu “Putinin döyüş maşını”nın maliyyələşdirilməsini dayandırmaqdır: “Biz məhz bunu etməliyik və bunun üçün neft və qaz idxalını dayandırmaq lazımdır”.

Alyansın keçmiş rəhbəri həmçinin İsveç və Finlandiyanın daxil olması ilə NATO-nun gələcəkdə şimala doğru genişlənməsini alqışlayıb. O, bunu tarixi addım adlandırıb. Rasmussenin sözlərinə görə, hər iki ölkə “Xüsusən də Baltikyanı regionda NATO-nun müdafiə qabiliyyətini artıracaq”.

Qeyd edək ki, 69 yaşlı Rasmussen 1987-ci ildə böyük siyasətə qədəm qoyub, Danimarkanın Vergilər Naziri, daha sonra isə İqtisadiyyat Naziri olub. 1998-ci ildə o, 2001-ci ildə parlament seçkilərində qələbə qazandığı Liberal Partiyasına rəhbərlik edib. 2001-2009-cu illərdə Danimarka hökumətinə rəhbərlik edib. Rasmussen 2009-2014-cü illərdə NATO-nun baş katibi vəzifəsində çalışıb. 2016-2019-cu illərdə o, Ukrayna prezidenti Pyotr Poroşenkonun xarici siyasət üzrə ştatdankənar müşaviri olub.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »