Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri
"Ailəm mənim qərarlarıma görə ölümlə hədələnib" - İsrailin baş naziri

İsrailin baş naziri Naftali Bennett koalisiya böhranı və ölkədə baş verən son hadisələrdən bəhs etdiyi bir yazı yazıb. Bennetin sözlərinə görə, hökumət “zəhər və yalan maşını” ilə üz-üzədir və onun fraksiyasının üzvləri “daimi təhlükə” altındadır.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

"Mən sağçı adamam və inancımı dəyişmirəm. Dostum Yair Lapidlə, mərkəzdən, sağdan və soldan olan insanlarla Mənsur Abbasla hökumət quracağam. Mən də daxil olmaqla hamımız hökumət quracağıq. Güzəşt etmək lazımdır",- deyə Bennett bildirib.

Baş nazir vurğulayıb ki, hökumət onları "satqın kimi göstərən zəhər və yalan maşını" ilə üz-üzədir: "Maşın bütün hücumlarda hökuməti günahlandırır, sanki İsrail son 130 ildə terrorla üzləşməyib. Elə bil ki, 6 il əvvəl 50 vətəndaşın öldürüldüyü bıçaqlı terror dalğası da bu ölkədə olmayıb”,- deyə o bildirib.

Naftali Bennet yazıb: "Zəhərli maşın öz zərbəsini endirir. Onlar bu yaxınlarda koalisiyadan ayrılan Yamin deputatı İdit Silmanın ruhunu sındıra biliblər. Mənim fraksiyamın üzvləri daim təhdid altındadır".

Hökumət başçısı əlavə edib: "Həyat yoldaşım Gilat və böyük oğlum Yoni mənim qərarlarıma görə ailəmin ölməli olduğuna inanan beyni yuyulmuş qadın tərəfindən güllə ilə hədələnib. Eyni yazıq qadın hesab edir ki, mənim məqsədim hakimiyyətimi qorumaq üçün ölkəni "Həmas"a təslim etməkdir”.

Bennett birlik hökuməti yaratmaq qərarını həyatında etdiyi "ən sionist hərəkət" adlandırıb: "Biz təslim olmamalıyıq. Bizim başqa ölkəmiz yoxdur. Ölkənin gələcəyi təhlükə altındadır. Biz Fələstin terroru ilə mübarizə aparıb qalib gəlməliyik və xalqımızın birliyini daxildən qorumaq üçün mübarizə aparmalıyıq",- deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »