Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ: Ukraynadakı hərbi cinayətlər cəzasız qalmayacaq
Aİ: Ukraynadakı hərbi cinayətlər cəzasız qalmayacaq

"Mesajın aydın olmasını istəyirəm: bu, vaxt aparacaq, uzun proses olacaq, lakin Ukraynada törədilən vəhşiliklər cəzasız qalmayacaq".

Avropanın ədalət və qanunun aliliyi üzrə komissarı Didye Reynders Ukraynada hərbi cinayətlərin təqibinə zəmanət verdiyini bu gün, mayın 21-də İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və ola bilsin ki, soyqırım hallarının araşdırılmasına artıq başlanılıb. Hazırda 600-dən çox şübhəli şəxs müəyyən edilib, 10 minə yaxın iş araşdırılır. İstintaq həm cinayət yerində - Ukraynada, həm də qaçqınların dindirildiyi müxtəlif Avropa ölkələrində aparılır. Şahidlərin ifadələri ilə yanaşı, çoxlu sayda fotoşəkillər, videolar, audio faylları və peyk şəkilləri var.

Belçikalı siyasətçi bütün sübutların toplanması və yoxlanılmasının vacibliyini vurğulayıb: "Bu son dərəcə vacibdir: əgər yalan məlumat və ya saxtakarlıqdan istifadə edilərsə, bu, fəlakət olacaq", - deyə Reynders qeyd edib.

Bundan əvvəl Ukraynanın baş prokuroru İrina Venediktova demişdi ki, onun idarəsi müharibə qanunlarının pozulması ilə bağlı 8000-dən çox cinayət işi açıb. Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan bildirib ki, onun məhkəməsi Ukraynadakı vəziyyəti araşdırmaq üçün rekord sayda - 43 ölkəni cəlb edib.

Bundan əlavə, Ukrayna hakimiyyəti Rusiya üçün xüsusi beynəlxalq tribunalın fəaliyyətə başlaması üçün artıq layihələr hazırlayıb. Bu barədə Ukraynanın Beynəlxalq Məhkəmədəki nümayəndəsi Anton Korıneviç bildirib. Onun sözlərinə görə, Rusiyanı məsuliyyətə cəlb etmək üçün xüsusi beynəlxalq tribunalın yaradılması ideyasını 42 dövlət dəstəkləyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »