Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvan-Antalya reysi birbaşa uçuşlara başlayır
İrəvan-Antalya reysi birbaşa uçuşlara başlayır

İyunun 14-dən “Flyone Armenia” İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır.

Bizimyol.info xəbər verir ki, şirkətin mətbuat xidmətindən erməni mətbuatına verilən məlumata görə, reyslər həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Biletlərin qiyməti 110 avrodan başlayır.

Qeyd edək ki, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməkdə davam edir.

Türkiyənin aviasiya rəhbərliyi “Flyone Armenia”nın Avropa ölkələrinə uçuşlar üçün hava məkanını keçməsinə icazə vermədi. Nəticədə iyunun 10-dək İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan marşrutları üzrə uçuşlar təxirə salınıb.

“Flyone Armenia” hava operatoru sertifikatını 27 oktyabr 2021-ci ildə alıb. Bir neçə istiqamətə - Moskva, Lion, Paris, İstanbula uçuşlar həyata keçirir. Aviaşirkətin donanması "Airbus A320" ailəsinə aid təyyarələrdən ibarətdir.

Şirkət “Mülki müqavilə” fraksiyasının üzvü Xaçatur Sukiasyanın ailəsinə məxsusdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »