Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Yoon Şimali Koreyadakı gərginliyi müzakirə edirlər
Bayden və Yoon Şimali Koreyadakı gərginliyi müzakirə edirlər

Cənubi Koreya prezidenti Yoon Suk-yeol və ABŞ-lı həmkarı Co Bayden Cənubi Koreyanın paytaxtında ilk görüşlərini keçirirlər. Danışıqlarda Şimali Koreyanın raket sınağı təxribatları, o cümlədən qaçılmaz nüvə və ya nüvə silahı xəbərdarlıqları ilə bağlı narahatlıq fonunda əlaqələrin genişləndirilməsinə diqqət yetirilmasi yer alıb.

Bizimyol.info xəbər verir ki, şənbə günü Seuldakı Xalq Evində keçirilən sammit Baydenin Cənubi Koreyaya, qonşu Yaponiyada başa çatacağı ilə bildirilən Asiya turunun ilk günü baş tutub.

Baydenin prezident kimi ilk səfəri ABŞ-ın regiona sadiqliyinə dair müttəfiqlərini əmin etmək və dünyanın diqqətinin Rusiyanın Ukraynaya təcavüzünə yönəldiyi bir vaxtda Çinin artan təsirinə qarşı çıxmaq məqsədi daşıyır. Yüksək səviyyəli ABŞ rəsmisi jurnalistlərə bildirib ki, Bayden və Yoonun müzakirələri zamanı Şimali Koreya, Rusiya-Ukrayna müharibəsi, ticarət, texnologiya, iqlim dəyişikliyi və "COVID-19" pandemiyası da daxil olmaqla geniş mövzulara toxunacaq.

Sammitdən əvvəl jurnalistlərə açıqlama verən rəsmi şəxs, iki liderin Cənubi Koreya-ABŞ müttəfiqliyini gücləndirmək niyyətlərini açıqlayacaqlarını və həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsinə sadiqliklərini təsdiqləyəcəklərini söyləyib.

Onlar bu il Pxenyanın həyata keçirdiyi rekord sayda - 16 raket buraxılışı ilə əlaqədar narahatlıq fonunda Şimali Koreyanın davam edən nüvə və digər silahlarla bağlı proqramı ilə mübarizə yollarını müzakirə edəcəklər. ABŞ və Cənubi Koreya rəsmiləri həmçinin Şimalın yeddinci nüvə sınağına hazırlaşdığını və ola bilsin ki, bunu Baydenin altı günlük Asiya səfəri zamanı edə biləcəyini dəyərləndirəcəklər.

Şimalli Koreyada təqribən iki milyon insanın koronavirusa yoluxmadına və 66 nəfərin ölümünə səbəb olan ilk təsdiqlənmiş "COVID-19" epidemiyasına baxmayaraq raket sınaqlarını davam etdirmək niyyətindən geri çəkilmir.

Həm ABŞ, həm də Cənubi Koreya "COVID-19" epidemiyasına görə KXDR-ə kömək vəd edib, lakin Şimali indiyə qədər təkliflərə cavab verməyib.

Anonimlik şərti ilə danışan ABŞ rəsmisi "ölkədəki "COVİD"in vəziyyətindən çox narahatıq: "Biz onların olduqca ciddi bir vəziyyətlə üzləşdiyinə çox həssaslıqla yanaşmağa çalışırıq. Düşünürəm ki, yardım göstərmək üçün beynəlxalq ictimaiyyətdə başqaları ilə işləməyə hazır olduğumuzu gördünüz", - deyə bildirib.

Lakin o, əlavə edib ki, “biz onu da bildirmək istəyirik ki, beynəlxalq ictimaiyyət onların BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmalarına və sabitliyi pozan və təhdid edən davranışlarına qarşı birgə dayanış göstərir”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »