Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"
Mütəxəssislərdən "meymun çiçəyi" açıqlaması: "Ehtimalı sıfıra yaxındır"

"Dünyada "meymun çiçəyi" pandemiyasının baş vermə ehtimalı sıfıra yaxındır, virusun insandan insana keçməsi ilə onun yoluxuculuğu azalır".

Bizimyol.info xəbər verir ki, bu fikri Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn bildirib.

“Xeyr, bunun mümkün olduğunu düşünmürəm. Yəni, heç vaxt epidemioloji vəziyyətlə bağlı bu qədər qəti danışmaq düzgün olmaz, amma bunun ehtimalın sıfıra yaxın olduğunu düşünürəm”, - Koronavirus pandemiyasına bənzər qlobal "meymun çiçəyi" pandemiyasının dünyada yayılmasının mümkün olub-olmaması sualına cavab verərkən o bildirib.

Altşteyn bildirib ki, "meymun çiçəyi" virusu elmə məlumdur və onun barəsində kifayət qədər araşdırmalar aparılıb, mütəxəssislər onu ətraflı öyrənib. Bu baxımdan o xəstəlik böyük pandemiyalara səbəb ola bilməz. Ona görə ki, virusun yoluxuculuğu insandan insana keçdikdə zəifləyir, lakin heyvandan insana keçdiyi zaman demək olar ki, insanlar bunu çox ağır keçirir və kifayət qədər yoluxucu xəstəlik olur”,- deyə ekspert bildirib.

“Və sonra, ötürülmə insandan insana keçdikcə hər şey əvvələ dönür, xəstəlik zəifləyir. Bu, virusun təbiətində var və çox güman ki, bu virusun bir qədər fərqli versiyası yayılmış olsa belə, pandemiya baş verməyəcək",- deyə Altstein yekunlaşdırıb.

Aprel-may aylarında bir sıra Qərbi Avropa ölkələrində yayılan "meymun çiçəyi" virusu digər qitələrdə də aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tezliklə epidemiyanın yayılmasını müzakirə etmək üçün aparıcı mütəxəssislərlə təcili iclas keçirəcək.

Bundan əvvəl bu xəstəliyə yeniş yoluxma halının olmadığı bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »