Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandakı etiraz aksiyalarının kökündə nə dayanır
İrandakı etiraz aksiyalarının kökündə nə dayanır

“10 gündən artıqdır ki, İranda etiraz aksiyaları davam edir. Bu aksiyalar genişmiqyaslı deyil. Ayrı-ayrı bölgələrdə baş verir. Əslində bu, ciddiyə alınası məsələdir. Belə ki, İranda baş verən aksiyalar sosial zəmindədir. Son 10 ildə bu, artıq 4-cü aksiyadır ki, İranda baş verir. Bundan əvvəlki Həsən Ruhani hakimiyyəti zamanı da, etiraz aksiyaları baş verirdi. İranda inflyasiyanın 40 faizə çatması, işsizliyin artması və son olaraq dünyada yaşanan ərzaq qıtlığı ilə bağlı buğda ehtiyyatlarının azalması ilə bağlı un və buğda məhsullarının qiymətinin artmasıdır ki, bütün bunlar hamısı etiraz aksiyaların başlamasına gətirib çıxardı”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Turan Rzayev danışıb. O, qeyd eidb ki, əsasən hazırda etiraz aksiyaları Xuzistan bölgəsində davam edir. Buradakı ərəb etnik nümayəndələrinin arasında davam edirdi. Hansı ki, biz onlara ahvas ərəbləri də deyirik.

“Əsas onlar arasında başladı. Hətta bəzi hadisələr zamanı Xuzistanın özündə toqquşmalar belə baş vermişdi. Etirazların Tehrana qədər artdığı məlumdur. Tehranda da artıq proseslər başlayıb. Etiraz aksiyalarının iştirkaçılarının sayı gündən günə artmağa başlayır. Məlumatlarda qeyd edilir ki, İran Ali lideri Aytətullah Xomeyninin “şeytan” adlandırılması, ona qarşı etiraz şüarları səsləndirilir” - deyə politoloq əlavə edib.

Turan Rzayev Turan Rzayev

Politoloq bildirir ki, bu tip etiraz aksiyalarının gec-tez baş verməsi gözlənilən idi. İranın Qərbin sanksiyaları səbəbindən iqtisadi vəziyyəti çox çətindir. Rejim ideologiyaya sığınıb prosesləri uzatmağa çalışsa da, xalq artıq bununla barışmaq istəmir.

Turan Rzayev hesab edir ki, İrandakı sosial vəziyyət məhz şah rejimindən daha pis bir haldadır. Rejim özü bunun fərqində olsa da, hələ də effektiv addımlar atmır. Əksinə, Qərblə rəqabət fonunda nəticə əldə etməyə çalışır. Onun sözlərinə görə, hazırkı etiraz aksiyalarının tempi hakimiyyətin devrilməsinə gətirib çıxara bilməz. Amma aksiyaalrın artması, genişlənməsi və bütün İran ərazisinə yayılması rejimin dəyişilməsinə gətirib çıxara bilər.

“Mövcud rejimlə təəssüf ki, Qərb də razı deyil. Bu baxımdan İrandakı sistemin dəyişməsi indi olmasa da, yaxın illər ərzində mümkündür. Mövcud sistemlə Qərb uzlaşa bilmir. Bunun da etirazlara təsiri olacaq”,- deyə politoloq vurğulayıb.

Turan Rzayev bildirir ki, İrandakı əksər inqilabların, hətta indiki rejimin də şah üzərindəki qələbəsində Güney Azərbaycan faktorunu xüsusi vurğulamalıyıq.

“Güney Azərbaycan dəstək versə, İrandakı bütün inqilablar qələbə ilə nəticələnə bilər. Amma hazırda biz Güney Azərbaycanın tam olaraq dəstək vermədiyini görürük. İndiki məqamda bu ən doğru qərardır. Həsən Ruhaninin də dövründə biz bənzər sosial etirazlar müşahidə etmişdik. Həmin vaxtlarda da Güney Azərbaycanın təmkinli davranması və dəstək verməməsi, son etiraz aksiyalarının səngiməsinə gətirib çıxardı”,- politoloq deyib.

Politoloqun fikrincə, ümumiyyətlə, mövcud rejimlə Azərbaycan hakimiyyəti arasında elə ciddi problemlər yoxdur. Vaxtaşırı sürtüşmələr baş verir, gərginlik müşahidə edilir. Bütövlükdə baxdıqda isə, düşmən bir münasibət hələ ki, görmürük. Bununla belə İranın Ermənistan mövqeyi və Qarabağ siyasəti Azərbaycan üçün məqbul deyil: “Bu baxımdan rejimin dəyişməsinin Cənubi Qafqazda fərqli siyasi konfiqurasiyaların yaranmasına, eyni zamanda bəzi siyasi reallıqların dəyişməsinə gətirib çıxaracağını güman etmək olar. Rejimin dəyişməsi bütün hallarda Cənubi Qafqaza təsir edəcək. Cənubi Qafqazda Rusiya və Türkiyə faktorundan danışırıqsa, İran faktoru da var. Bu baxımdan İranda ehtimal bir hakimiyyət dəyişikliyi Cənubi Qafqaza təsirsiz ötüşməyəcək”.

Rzayev qeyd edir ki, Azərbaycan üçün bunun müsbət və ya mənfi məqamlarını demək tezdir. Amma düşünmürəm ki, mövcud İran hakimiyyəti qədər kəskin fərqli hakimiyyət gəlsin. İranda şah rejimini və ya mövcud dini rejimi də götürdükdə biz görürük ki, Güney Azərbaycanlılar hər zaman təzyiqlərə məruz qalıblar.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »