Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftənin maliyyə ulduz falı: 23-29 may, 2022 - Məqsədə doğru ilk addımı atacaqsınız
Həftənin maliyyə ulduz falı: 23-29 may, 2022 - Məqsədə doğru ilk addımı atacaqsınız

Bizimyol.info 23-29 may, 2022-ci il tarixləri üçün həftəlik maliyyə qoroskopunu təqdim edir:

Qoç - Bu həftə Qoçlar başqalarının fikrinə təslim olmamalı və məqsədlərinə doğru irəliləməyə davam etməlidirlər. Bürcün inadkar və qətiyyətli nümayəndələrinin bəxti gətirəcək. Bazar ertəsi və çərşənbə axşamı xüsusi uğurlara arxalana bilərsiniz. Artıq cümə axşamından etibarən hərtərəfli işləməli olacaqsınız. Bu müddət ərzində üzərinizə kredit öhdəlikləri götürməyin.

Buğa - Buğa başa düşəcək ki, böyük zirvələrə çatmaq və üfüqləri genişləndirmək üçün əlavə pul lazımdır. Bu həftə yeni gəlir mənbəyi tapa və ya əlavə gəlir əldə edə biləcəksiniz. Həftənin əvvəlində vəzifə yüksəlişi və ya maaş artımı ilə bağlı rəhbərlərinizlə əlaqə saxlaya bilərsiniz. Çərşənbə günü vəzifəniz arta bilər, lakin səxavətli mükafat bir az gecikəcək. Həftə sonu işləri geridə qoymalı və istirahətdən həzz almalısınız.

Əkizlər - Bu həftə Əkizlər diqqətini cari məsuliyyətlərinə yönəltməlidir. Ətrafınızda yayılan dedi-qodu və intriqalardan uzaq dayanın. Çərşənbə günü mövqeyinizi müdafiə etməli, hansısa məsələdə haqqınızı tələb etməli olacaqsınız. Cümə günü böyük alış və kreditlərdən çəkinməlisiniz. Həftə sonu maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün ağlınıza bir ideya gələ bilər.

Xərçəng - Maksimum nəticə əldə etmək üçün Xərçənglər dəqiq fəaliyyət planı tərtib etməli və ona ciddi əməl etməlidirlər. Həftənin əvvəlində başqalarının məsləhətinə deyil, daxili səsinizə qulaq asın. İntuitiv göstərişlər çox faydalı ola bilər. Cümə axşamı və cümə günü başqalarına borc verməyin, riskli işlərdən uzaq durun. Həftə sonu alış-veriş etməklə özünüzü sevindirin, sağlamlıq və imicinizə sərmayə effektli olacaq.

Şir - Həftənin əvvəlində Şirlər gəlir səviyyəsini artırmağın yolları haqqında düşünə biləcəklər. Müdirinizlə maaş artımı barədə danışmaq üçün yaxşı vaxtdır. Cümə axşamı və cümə günü nailiyyətləriniz və planlarınız haqqında çox danışmayın. Öyünməyiniz pis niyyətli insanların paxıllığına səbəb ola bilər. Həftə sonu yaxşı istirahət və ya yaxşı gəlir vəd edən əlavə iş seçimi ilə qarşılaşacaqsınız.

Qız - Bu həftə Qızların üzərinə daha çox məsuliyyət düşəcək. Lakin belə gərgin iş qrafikində belə yaradıcılıq planlarınızı həyata keçirmək üçün vaxt tapa bilərsiniz. Yeni layihəyə başlamağa tələsməyin, onun həyata keçirilməsini diqqətlə planlaşdırmalısınız. Cümə günü cansıxıcı gündəlik işlərin öhdəsindən gəlməli olacaqsınız, həftə sonu isə arzuladığınız məqsədlərə doğru ilk addımı atmağa həvəslənəcəksiniz.

Tərəzi - Bu həftə Tərəzilər maliyyə məsələlərində işləri qaydasına salmalı, borc və öhdəlikləri necə ödəyəcəklərini düşünməlidirlər. Çərşənbə və ya cümə axşamı əvvəllər verdiyiniz borcun qaytarılması və ya keçmişdə göstərdiyiniz köməyə görə minnətdarlıq əlaməti olaraq sizə mühüm bir xidmət göstərilməsi mümkündür. Həftənin ikinci yarısında başqalarının məsləhətlərini çox da ciddi qəbul etməyin, öz gücünüzə güvənin. Həftə sonu uzunmüddətli planlaşdırma və peşəkar məqsədləri müəyyən etməklə məşğul ola bilərsiniz.

Əqrəb - Bu həftə Əqrəblər diqqətlərini maliyyə vəziyyətlərini gücləndirməyə və gəlirləri artırmağa yönəltməlidirlər. Maddi məsələlər ön plana çıxacaq. Fəaliyyətiniz və təşəbbüsləriniz ən yaxşı nəticələri verəcək. Çərşənbə günü maraqlarınızı müdafiə edə, güclü tərəflərinizi nümayiş etdirə biləcəksiniz. Həftənin ikinci yarısı fəaliyyət sahəsini dəyişmək üçün ən yaxşı vaxtdır. Əlavə gəlir mənbəyi axtarmağa başlayın.

Oxatan - Oxatan bürcü bu həftə sürətlə dəyişən situasiyanı tez idarə edə biləcək, lakin siz dəqiq plana sadiq qalmalısınız. Sınaqdan çıxmış üsulları seçərək yeni təşəbbüsləri daha əlverişli vaxta təxirə salın. Müstəqil iş yaxşı nəticələr verəcək. Cümə günü kredit təşkilatlarından uzaq durmalısınız. Həftə sonu isə böyük xərc tələb etməyən problemin həllini tapa bilərsiniz.

Oğlaq - Bu həftə Oğlaqlar tam istirahət edə bilməyəcəklər. İstədiyiniz məqsədə çatmaq üçün bütün səylərinizi sərf edəcəksiniz. Bununla belə, məhsuldarlığı qorumaq və yorğunluğun qarşısını almaq üçün “iş-həyat” balansını unutmayın. Həftənin əvvəlində çiyininizə əlavə vəzifələr düşə bilər, güc və imkanlarınızı düzgün qiymətləndirin. Cümə axşamı və cümə günü pulla diqqətli olmalısınız, itkilər istisna deyil. Həftə sonu isə özünüzü xoş xırda alışlarla sevindirə bilərsiniz.

Dolça - Dolçalar həyat enerjisi ilə dolu olacaqlar. Bu da onları ən çətin işlərin öhdəsindən gəlməyə təşviq edəcək. Bununla belə, sağlam düşüncəni rəhbər tutmalısınız, imkanlarınızı və ideyalarınızı real qiymətləndirməlisiniz. Emosiyalara əsaslanaraq qərarlar verməyin, ağlınızın səsinə güvənin. Həftənin ortasında maliyyə öhdəlikləri götürməkdən çəkinin. Sənədləri diqqətlə imzalayın. Həftə sonu yaxınlarınızla narahatlıqlarınızı müzakirə edin və onlardan yaxşı maliyyə məsləhəti və ya kömək ala bilərsiniz.

Balıq - Planlarını şevik şəkildə dəyişməkdən və vəziyyətə uyğun hərəkət etməkdən çəkinməyənlər üçün həftə yaxşı keçəcək. Xüsusən də bazar ertəsi və çərşənbə axşamı improvizasiya etməli olacaqsınız - bu zaman maliyyə vəziyyətinizi yaxşılaşdırmaq barədə ideyalar yarana bilər. Vəzifə yüksəlişi və ya maaş artımı alacaqsınız. Cümə günü maliyyə qərarları vermək üçün riskli vaxtdır. Həftə sonu açıq havada istirahət və ya aktiv əyləncə vaxtıdır.

Son xəbərlər
Bütün xəbərlər »