Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tornado Almaniyanı vurub: 50 nəfər yaralanıb - Video
Tornado Almaniyanı vurub: 50 nəfər yaralanıb - Video

Almaniyanı dağıdan tornado 50-dən çox insanı yaralayıb. Ən azı 10 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya göndərilib. Saatda 80 mil sürətlə əsən külək bu gün səhər saatlarında qərbi Paderborn şəhərini cənginə alaraq xeyli mağaza və xidmət obyeklərini dağıdım.

Bizimyol.info xəbər verir ki, Tornado Şimali Reyn-Vestfaliya əyalətindəki şəhərə də ciddi ziyan vurub. Polisin sözçüsü ilin bu mövsümündə anomal yüksək temperaturdan sonra belə dağıdıcı təiət "şıltaqlığı" barədə "AFP"yə bildirib. Təhlükəsizlik qüvvələri bir çox damın uçduğunu və ətrafdakı ağacların kökündən qopduğunu bildirib.

Bu sırada Mərkəzi Frankoniyanın cənub bölgəsində taxta daxmanın çökməsi nəticəsində aralarında uşaqların da olduğu 14 nəfər yaralanıb. 37 yaşlı bir qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Spaltda turistlər yaxınlaşan fırtınadan qorunmaq üçün təxminən 85 kvadratmetrlik daxmadaya sığınıblar. Lakin bu onların təhlükəsizliyini təmin etməyib, mənzil yana əyilib və çöküb.

Sosial şəbəkələrdə paylaşılan fotolarda Paderbornda avtomobillərin çevrildiyi görünür.

Polis insanları evdə qalmağa çağırdığı üçün dəmir yolunun hərəkəti pozulub.

Alman meteoroloji xidmətləri cümə günü fırtına xəbərdarlığı edib və bəzi yerlərdə küləyin sürətinin 130km/saata (80mph) çatacağı proqnozlaşdırılıb. Pis hava şəraiti əvvəlcə ölkənin qərbinə təsir edib və axşam saatlarında şərqə doğru hərəkət etməyə başlayıb.

Alman qrupu Rammstein də Almaniyanın şərqindəki Leipzig şəhərində konserti dayandırıb, çünki arena diktoru konsert izləyicilərinə fırtına zamanı təcili sığınacaqlara çəkilmələrini söyləyib. 40.000-dən çox fanat qrupunun toplaşdığı arena 15 dəqiqə ərzində boşaldılıb.

Yaşıllar Partiyasından bir deputat Sosial şəbəkə hesabından: "İqlim böhranının fasilə verməyəcəyini və ekstremal hava şəraitinin artmağa davam edəcəyini xatırlatmaq istəyir", - deyə qeyd edib.

Qadir Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »