Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb
Almaniya və İtaliya Rusiyadan qazı rublla almağa razılaşıb

Almaniya və İtaliya Rusiya Federasiyasına qarşı sanksiyaları pozmadan Rusiya qazını almağa davam etmək üçün şirkətlərinə rublla hesablar açmağa icazə verib. Ölkələr belə bir açıqlamanı Avropa İttifaqı ilə danışıqlardan sonra veriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Rusiyanın xarici alıcıların qazın pulunu rublla ödəməsi tələbi ətrafında debat Avropa hökumətlərinin Ukraynadakı müharibə ilə bağlı Moskvaya qarşı sərt mövqe nümayiş etdirmək əzmini sınayıb.

Finlandiya, Bolqarıstan və Polşa qazın pulunu rublla ödəməkdən imtina edib, buna görə də Rusiya qazının bu ölkələrə nəqli dayandırılıb. Lakin heç də bütün dövlətlər Rusiya Federasiyasının qazından imtina etməyə hazır deyil.

İki mənbənin bildirdiyinə görə, Almaniya hökuməti Avropa Komissiyası ilə əlaqə saxladıqdan sonra alman idxalçılarına bildirib ki, "Qazprombank"a etdikləri ödənişlər Rusiya valyutasında olmasa, sanksiyaları pozmadan Rusiya qazını ödəmək üçün rubl hesabları aça bilərlər.

"Mənbələr bildiriblər ki, regionda Rusiya qazının ən böyük idxalçısı olan Almaniya bu məsələdə ardıcıl olaraq Aİ ilə sıx koordinasiyada hərəkət edib", - "Reuters" qeyd edib.

Nəşrin yazdığına görə, İtaliya hökuməti Avropa Komissiyası ilə də danışıb. Orada Rusiya qazının qanuni yolla necə alınması ilə bağlı aydınlıq gətirilib: "Bu, İtaliyanın Eni enerji şirkəti çərşənbə axşamı biri avroda, biri rublda olmaqla iki hesabın açılması proseduruna başladığını bildirməmişdən əvvəl baş verib", - "Reuters" bildirib.

Ötən həftə İtaliyanın baş naziri Mario Draqi demişdi ki, qazın rublla ödənilməsinin qanuniliyi məsələsi “boz sahə”dir. O, ölkəsinin Rusiya valyutasında hesab aça biləcəyi barədə məlumatı şərh etməkdən imtina edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »