Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
G7 ölkələri pandemiya ilə mübarizə üçün 18,3 milyard dollar ayıracaq
G7 ölkələri pandemiya ilə mübarizə üçün 18,3 milyard dollar ayıracaq

“Böyük yeddilik”, yəni G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) “ACT-Accelerator” beynəlxalq mexanizminə 18,3 milyard ABŞ dolları ayırmaq qərarına gəliblər.

“Report” xəbər verir ki, bu barədə “Böyük yeddiliy”in səhiyyə nazirlərinin Berlində keçirilən görüşünün yekunları üzrə yayımlanan kommünikedə deyilir. Hazırda G7-yə Almaniya sədrlik edir.

“G7 üzvləri “ACT-Accelerator”a 18,3 milyard dollar ayırmaqla bağlı öhdəlik qəbul edib. Bunun da 12,36 milyard dolları COVAX-a ayrılıb”, - bəyanatda deyilir.

Bundan əlavə, G7 ölkələrinin İngiltərənin Karbis Bey kurort şəhərciyində keçirilən görüşdə, əsasən COVAX üçün olmaqla, 870 milyon doza peyvənd təmin etməyi öhdələrinə götürdükləri qeyd olunur.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »