Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Prezidenti: "Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik"
ABŞ Prezidenti: "Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik"

"ABŞ Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir".

"Report" xəbər verir ki, bu, ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda vurğulanıb.

"Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq", - məktubda qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »