Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"G7" ölkələri Ukraynaya 19,8 milyard dollar vəsait ayırıb
"G7" ölkələri Ukraynaya 19,8 milyard dollar vəsait ayırıb

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya transfertlər və kreditlər şəklində 19,8 milyard dollar ayırmağa razılaşıblar.

Bizimyil.info xəbər verir ki, “Bloomberg”in verdiyi məlumata görə, bu barədə kommunikedə deyilir. Sənəddə eyd olunur ki, pul Ukraynaya təcili maliyyə ehtiyaclarını ödəməyə yönəldiləcək.

“Biz xüsusilə Ukraynanın təcili qısamüddətli maliyyə ehtiyaclarını tanıyırıq. 2022-ci ildə biz 19,8 milyard dollar büdcə dəstəyini səfərbər etdik, o cümlədən Ukraynaya maliyyə çatışmazlığını aradan qaldırmağa və Ukrayna xalqına əsas xidmətləri göstərməyə davam etməyə kömək etmək üçün əlavə olaraq 9,5 milyard dollar ayrılacaq.

Almaniyanın maliyyə naziri Kristian Lindner qərarı şərh edib: “Biz Ukraynanın özünü müdafiə qabiliyyətinə zəmanət verməliyik, ona görə də biz burada Ukrayna hökumətinin likvidliyini təmin etmək üçün vəsait toplayırıq. Bu gün qeyri-bərabər güclə Rusiya işğalına müqavimət göstərən Ukrayna üçün bu vəsaitlərin ayrılması həyati əhəmiyyət daşıyır”.

Nazir: “Bütün dünya dövlətləri xüsusilə də "Böyük Yeddilik"ə daxil olan müttəfiq dövlətlər bu həlledici tarixi məqamda Ukraynaya dəstək nümaişetdirməlidir”,- deyə göstəriləcək yardının əhəmiyyətini vurğulayıb.

O, vəsaitlərə ABŞ-dan 7,5 milyard dolların, qalanının isə Aİ-nin pulu olduğuna aydınlıq gətirib və əlavə edib ki, Ukrayna hökuməti yaxın aylarda dövlət ehtiyaclarını maliyyələşdirməkdən narahat olmamalıdır.

Mətbuatın daha əvvəl də xəbər verdiyi kimi, mayın 19-da ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib ki, bu da Konqresin son 20 ildə qəbul etdiyi ən böyük yardım paketi olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »