Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna Donbass və Krım daxil olmaqla bütün ərazilərini azad etməlidir"
"Ukrayna Donbass və Krım daxil olmaqla bütün ərazilərini azad etməlidir"

Polşa prezidenti Anjey Duda hesab edir ki, Ukrayna Donbass və Krım daxil olmaqla bütün ərazilərini azad etməlidir.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, o bu barədə Polski Times-a verdiyi müsahibədə danışıb. Onun fikrincə, ən yaxşı variant Ukraynanın ərazi bütövlüyünün tam bərpasıdır.

"Mən istərdim ki,müharibə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazilərini qaytarması ilə başa çatsın. Bu, mənim üçün, Polşanın təhlükəsizliyi və gələcəyi üçün çox vacibdir. Çünki siyasi mənada bu, Ukraynanın müharibədə qələbəsi demək olardı",- deyə Polşa prezidenti bildirib. Onun sözlərinə görə, Polşa ümumi olaraq bu ssenariyə inanır. Prezident hesab edir ki, bu, ən ədalətli ssenaridir.

Andjey Duda, Polşa prezidenti Andjey Duda

Xatırladaq ki, mayın 10-da xarici işlər naziri Dmitri Kuleba Ukraynanın Rusiya ilə müharibədə hərbi məqsədlərini dəyişdiyini və indi rus qoşunlarını ölkədən tamamilə sıxışdırmağa çalışdığını bildirmişdi. O, bildirmişdi ki, “qələbə mənzərəsi inkişaf edən bir konsepsiyadır”.

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Quinn isə, bildirib ki, bu müharibədə nəyin qələbə kimi qiymətləndiriləcəyini yalnız ölkəmiz müəyyənləşdirəcək. Bu həm də Kiyev və Moskva arasında danışıqların məqsədəuyğunluğu məsələsinə də aiddir: “Ukrayna ordusunun rus qoşunlarına qarşı vuruşması zamanı ukraynalı tərəfdarlar arasında demək olar ki, eyforiya hökm sürür. Amma həqiqət budur ki, Ukraynanın bu müharibənin məqbul nəticəsinə çatması üçün hələ çox var”.

Qeyd edək ki, bu sözləri hərbi ekspert Kayre Giles The Guardian-a açıqlamasında bildirib. Onun sözlərinə görə, problem təkcə Ukrayna ərazisinin əhəmiyyətli hissəsinin Rusiyanın nəzarətində olmasında deyil.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »