Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı
Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı

Rusiyanın Ukraynaya hücumunun davam etdiyi vaxtda Kreml administrasiyasının müharibədə lazer silahından istifadə etməsi beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub.

Bizimyol.info xəbər verir ki, Rusiya baş nazirinin müavini Yuri Borisov ölkənin Birinci Kanal televiziyasına bildirib ki, yeni “Zadira” lazer enerji silahı 5 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilir və bir sınaqda pilotsuz uçan aparatı beş saniyəyə məhv edib.

Yuri Borisov lazer sistemləri hazırladıqlarını və indi onların kütləvi istehsal olunduğunu bildirib.  Ukrayna prezidenti Vladimir Zelenski isə bunu nasistlərin “wunderwaffe”sinə bənzədib. Qeyd edək ki, İkinci Dünya Müharibəsində nasistlərin təbliğat ixtirası olan, lakin əslində mövcud olmayan “möcüzəli silah”a “wunderwaffe” deyilirdi.

Məlumdur ki, PUA-ları vurmaq üçün nəzərdə tutulmuş lazer sistemləri hazırda inkişaf mərhələsindədir və onların əksəriyyəti prototip formasındadır.  Keçən ay İsrailin baş naziri Naftali Bennett ölkə ordusunun Dəmir Şüa adlı lazer ələ keçirmə sistemini uğurla sınaqdan keçirdiyini bildirərək Tvitter hesabında “bu, elmi fantastika kimi səslənə bilər, amma bu, doğrudur”,- deyə bildirmişdi.

Lazer silahları, böyük miqdarda elektrik istifadə edərək, hədəfi yandırmaq üçün yüksək enerjili bir şüa yönəltməklə işləyir. Məsələn, bir dronun xarici hissəsini əridir və məhv olmasına səbəb olur.

Bildirilir ki, lazer silahları istehsal edən şirkətlər, xüsusən də İsrail bu silahları raket sistemlərindən daha ucuz satır.

Bəzi analitiklər deyirdilər ki, Rusiya sistemləri sualtı qayıqlarda istifadə olunanlardan heç də fərqlənməyən kiçik nüvə reaktorları ilə işləyir. Məlumata görə, lazer silahları dronları və raketləri hədəf almağa yönəlib. Rusiya və Ukrayna da daxil olmaqla 109 ölkənin imzaladığı müqavilədə əsgərlərin və mülki şəxslərin gözlərini kor etdiyi üçün lazer silahların istifadəsi qadağan edilib.

Rusiyalı analitik bildirib ki, Rusiya qüvvələrinin Ukraynanın şərqindəki Donbas bölgəsini ələ keçirmək cəhdləri demək olar ki, dalana dirəndiyi müharibədə fərq yaratmaq üçün Moskva silah istehsalını artırmalı olacaq.

Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun bölməsi olan Moskvada yerləşən Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elmi işçisi Dmitri Stefanoviç Britaniyanın “The Guardian” qəzetinə deyib: “Düşünürəm ki, bunun effektiv olması üçün Rusiya "Zadira" istehsalını artırmalıdır”.

Anonimlik şərti ilə danışan ikinci analitik deyib ki, Moskvanın sistemləri onları gücləndirmək üçün kiçik nüvə reaktorlarından asılıdır və o üzdən də tətbiqi demək olar ki, mümkün deyil. Adının açıqlanmasını istəməyən rusiyalı analitik "The Guardian"-a deyib ki, Rusiya Ukraynada "Zadira" və "Peresvet" lazerlərindən istifadə etməyəcək. Çünki bu lazerlər nüvə enerjisindən istifadə edir, bu isə o deməkdir ki, Ukrayna obyektləri hədəfə alınarsa, bu, Rusiya əsgərlərini radioaktiv materiala məruz qoyaraq kiçik nüvə fəlakətinə gətirib çıxaracaq.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »