Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda MTK rəhbəri həbs olundu - VİDEO
Xırdalanda vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satan tikinti şirkətinin rəhbəri tutulub. Məlum olub ki, MTK-nın müdri kimi özünü qələmə verən şəxs 40-dan çox şəxsi aldadaraq külli miqdarda pul mənimsəyib.

Bizimyol.info xezerxeber.az-a istinadən bildirir ki, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edən tikinti şirkətinin rəhbəri həbs edilib.

40-dan çox vətəndaş Abşeron rayon polis idarəsinə şikayət edib ki, Xırdalan şəhərində, özünü ''Xalq City'' MTK- nın rəhbəri kimi qələmə verən Cavid Umudova mənzil almaq məqsədi ilə pul verərək müqavilə bağlayıblar. Ev alan şəxslər təmirə başladıqda müəyyən ediblər ki, aldıqları mənzillər bir neçə nəfərə satılıb.

Zərərçəkmişlərdən Elmira Məmmədova ərizəsində bildirib ki, bu mənzilə 48 min, Leyla Kərimova 34 min, Gülüzar Mirzəyeva 35 min, Çingiz Rəsulov isə 23 min manat pul veriblər. Bu şikayətlərdən sonra Abşeron rayon polis idarəsinin əməkdaşları əməliyyata-axtarış tədbirlərinə başlayıblar. Uzun axtarışlardan sonra polis tikinti şirkətinin rəhbəri kimi özünü təqdim edən şəxsi tutub.

Müstəntiq Ayaz Kazımov onu da bildirdi ki, Cavid Umudov özünü ''Xalq City'' MTK-nın rəhbəri kimi qələmə versə də o, podrat müqaviləsi bağlayaraq MTK- üçün sadəcə yaşayış binası inşa etdirib. Dəymiş zərər külli miqdarda olduğu üçün polis idarəsində toplanmış materail baxılması üçün Korrupsiyaya Qarşı Baş Mübarizə idarəsinə göndərilib. Faktla bağlı Cavid Umudov barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsinin külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə cinayət işi başlanıb. Hazırda idarədə zərərəçəkmişlərin sayı dəqiqləşdirilir.

Son xəbərlər
Bütün xəbərlər »