Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb
Azərbaycan vətəndaşları Türkiyədə kirayə tapmaqda çətinlik çəkir - Səbəb

Bəzən sosial şəbəkələrdə Azərbaycan vətəndaşları müxtəlif ölkələrdə oturum almaqda əziyyət çəkdiklərini, ev tapmaqda sıxıntılar yaşadıqlarını, iş üçün müraciət edən zaman “əcnəbi” olduğu üçün çətinliklər yaşadıqlarını dilə gətirirlər.

Məsələn, bu ilin fevral ayının 15-də Türkiyədə oturum almaq üçün müraciət edən zaman tələb edilən kirayə müqaviləsi bir qədər də rəsmiləşdirilib. Yəni bundan sonra Türkiyədə oturum almaq istəyən şəxs, evini kirayə tutduğu ev sahibi ilə notariusa getməli və kirayə kontraktı notariusda imzalanmalıdır. Bu məsələnin rəsmi olması bəzi Türkiyə vətəndaşlarını narahat etdiyi kimi əcnəbiləri də narahat edir. Çünki əksər hallarda ev sahibləri məsuliyyəti öz boynuna götürməkdən imtina edərək evlərini “əcnəbilərə” vermirlər. Bu gün Türkiyənin aparıcı əmlak saytlarında bəzi kirayə ev elanlarının açıqlama hissəsində “yabancıya uyğun deyil” cümləsi ilə rastlaşırıq.

  • Bəs Azərbaycanlılar bənzər problem yaşadıqları zaman kimə və hara müraciət etməldir?

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyədə azərbaycanlılara qarşı neqativ münasibətlə heç qarşılaşmayıb. İctimai Şuraya da bununla bağlı heç bir müraciət ünvanlanmayıb: “Mən Türk icmalarla çox ünsiyyətdə oluram və bir müddət olsa da, Türkiyədə yaşamaq imkanım olub. Siz dediyiniz faktlarla rastlaşmamışam. Hər zaman yaxın münasibət hiss etmişəm. İstənilən halda düşünürəm ki, bu, ciddi bir məsələdir. Əgər belə hallar varsa, bunlar ayrı-ayrılıqda nəzərdən keçirilməli və gələcəkdə bu halların geniş miqyas almaması üçün işlər həyata keçirilməlidir. Mənim fikrimcə, Türkiyə ərazisində fəaliyyət göstərən kifayət qədər diaspor təşkilatlarımız var, müxtəlif mərkəzlər var. Onlar da bu məsələdə müəyyən rol oynaya bilər”.

Azər Allahverənov Azər Allahverənov

Ekspert bildirir ki, hər hansı bir ölkədə sıxıntı yaşayan vətəndaş həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlaırna müraciət edir. Və diaspor təşkilatları lokal şəkildə bu kimi xoşagəlməz hallaırn qaşrısını almaqda yardım edir. Şəxsə zəruri dəstək göstərir. Şəxsin problemləri varsa, diaspor təşkilatları yaxından dəstək olurlar.

“Bizim Türkiyədə fəaliyyət göstərən diapsor təşkilatları yaxından dəstək göstərirlər. Əgər Türkiyədə sıxıntı yaşayan vətəndaşlarımız varsa, onlar diapsor təşkilatlarına müraciət etsinlər. Mən başa düşürəm ki, hər hansı bir ərazidə miqrantlara qarşı neqativ reaksiya göstərilə bilər. Məsələn Türkiyədə əcnəbilər milyonlarladır. Və onlara qarşı olan münasibəti çox gözəl bilirik. Bəzi hallarda bu münasibət bəzi səbəblərə görə, mənfi məcraya da yönələ bilər. Ölkədə ərazisində milyonlarla köçmən olduğu üçün belə hallar baş verə bilər. Bu zaman sadəcə diaspor təşkilatlarına müraciət etmək lazımdır” - deyən Azər Allahverənov vurğulayıb ki, bəzi hallarda bizim vətəndaşlarımıza qarşı neqativ münasibətlər sərgilənməsinin arxasında təxribat niyyətləri də ola bilər. İki qardaş millət arasında münaqişələrin gəringləşməsinə və digər səbəblərə yol aça biləcək tərzdə vəziyyətin yaranmasına gətirib çıxaran addımlar da ola bilər: “Bu addımların qarşısında zamanında alınmalıdır. İki qardaş arasında münasibətlərin hərhansı formada gərginləşməsinə yol vermək olmaz. Mən düşünürəm ki, məsələ nəzarətdə saxlanılmalı və bu sahədə konkret işlər görülməlidir”.

P.S. Əziz həmvətənlərimiz! Dünyanın hansı ölkəsində olursunuzsa, olun, əgər sıxıntı yaşayırsınızsa, öz həmyerlinizi axtarın. Yəni diaspor təşkilatlarına üz tutun. Yaşadığınız neqativ nə olursa, olsun, təşkilatlarımız sizə istiqamət verəcək…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »