Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Brüssel görüşündən nə gözləyək: Paşinyan Kremli məyus edəcəkmi?..
Brüssel görüşündən nə gözləyək: Paşinyan Kremli məyus edəcəkmi?..

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.

  • Baş tutacaq növbəti Brüssel görüşündən gözləntilər nədir?
  • Azərbaycan dəfələrlə danışıqlara getsə də, qarşı tərəf danışıqlarda verilən qərarlara əməl etmirsə, bu dəfəki, görüşdə nə ola bilər?

“Artıq 22 maya qədər Brüsseldə bir neçə dəfə Avropa Şurası İttifaqı rəhbəri Şarl Mişelin rəhbərliyi altında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlər həyata keçirilib. Təəssüflər olsun ki, bu günə qədər Brüssel görüşlərində verilən qərarlar tam olaarq Ermənistan tərəfindən yerinə yetirilməyibdir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov bu dəfəki, görüş haqqında danışarkən bildirib. Onun sözlərinə görə, regionda gərginliyin davam etməsi, Azərbaycanın sülh çağırışlarının hələ də praktiki olaraq reallaşmamasında ən böyük günahkarlardan biri Ermənistan dövləti və onun hakimiyyətidir.

Tural İsmayılov Tural İsmayılov

“Avropa Şurası İttifaqı, bu məsələdə öz fəallığını tam olaraq əlində saxlamağa çalışır. Nəzərə almaq lazımdır ki, hər dəfə Brüsseldə görüş baş verdikdən həmən sonra Rusiya Ermənistan rəhbərliyini müxtəlif formalarla, danışıqlar prosesindən geri durmağa təşviq edir. Eyni zamanda nəinki müxtəlif təzyiqlər göstərir, Rusiya tərəfindən Ermənistan daxilində siyasi mühitdə də qarışıqlıq, xaus elementləri yaradılır”,- deyə politoloq vurğulayıb.

Tural İsmayılov qeyd edir ki, bu dəfəki Brüssel görüşündə Avropa İttifaqı Şurası daha sərt mövqe ortaya qoymalıdır. Xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Ermənistan tərəfindən konkret addımlar atılmalıdır. Nəzərə almaq lazımdır ki, Ermənistanın son günlər anklavlar və digər məsələlərlə bağlı verdiyi fikirlər onun müstəqil öz dövlət mövqeyi deyil. Bu məsələdə Rusiyanın təhrikediciliyi açıq hiss olunur.

Politoloqun fikrincə, təkcə görüşlərə moderatorluq etməklə deyil, ümumiyyətlə Avropa İttifaqı Şurası Rusiyanın bu məsələdə bütün danışıq moderatorluğunu ələ almaq perspektivini də zəiflətməyi bacarmalıdır.

“22 may Brüssel görüşündən gözləntilər çoxdur. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təkcə Rusiya deyil, Avropa İttifaqı Şurasının da regionda praktiki və hərəkət aktivliyi mütləq şəkildə hiss olunmalıdır”,- deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »