Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bunun hərbi izahı yoxdur.., mümkün qədər çox adam öldürmək cəhdidir" - Zelenski
"Bunun hərbi izahı yoxdur.., mümkün qədər çox adam öldürmək cəhdidir" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski ictimaiyyət qarşısında çıxış edərək müharibədəki son vəziyyətlə bağlı müraciət edib.

Bizimyol.info xəbər verir ki, Zelenski Rusiya qüvvələrinin ölkənin şərqində Donbas bölgəsini darmadağın etdiyini deyib: “Odessa vilayətində, Ukraynanın mərkəzindəki şəhərlərdə davamlı hücumlar olur. Donbas tamamilə dağıdılıb”,- deyə prezident bildirib.

“Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin azad edilməsi üçün əməliyyatlarını davam etdirir. Lakin Donbasda işğalçılar təzyiqi artırmağa çalışırlar. Ora cəhənnəmdir və bu, heç bir şişirtmə deyil. Cəmi bir gündə Severodonetskin amansız bombalanması nəticəsində 12 nəfər ölüb, onlarla insan yaralanıb. Bütün bunların heç bir hərbi izahı yoxdur və Rusiya üçün heç bir hərbi izahat ola bilməz”,- deyə Zelenski bildirib.

Prezident onu da əlavə edib ki, “bu, mümkün qədər çox ukraynalını öldürmək üçün qəsdən qətlə yetirmə cəhdidir. Bu, Ukrayna xalqına qarşı soyqırım kimi qiymətləndiriləcək və işğalçılar ədalət qarşısında cavab verəcəklər".

Ukraynada hərbi cinayətlər törətdiyinə görə Rusiya əsgərinə qarşı açılan məhkəmə işinə işarə edən Zelenski, “hərbi cinayətkarın ilk məhkəməsi artıq başlayıb və beynəlxalq məhkəmədə ədalətin tam bərpası ilə başa çatacaq. Mən buna əminəm. Biz cinayəti sifariş edən və icra edən hər kəsi tapıb məsuliyyətə cəlb edəcəyik”,- deyə bildirib.

ABŞ -da Ukraynaya 40 milyard dollarlıq yardımın təsdiqlənməsinə toxunan Zelenski “Ukrayna və demokratiya üçün 40 milyard dollarlıq yeni dəstək paketini təsdiqlədiyi üçün ABŞ-a minnətdaram. Bu gün bu paket ABŞ Senatından keçdi. Bu, güclü liderliyin təzahürüdür və azadlığın birgə müdafiəsinə zəruri töhfədir",- deyərək Zelenski çıxışını sonlandırıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »