Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya raketi Lvov vilayəti üzərində vuruldu
Rusiya raketi Lvov vilayəti üzərində vuruldu

Ukrayna hava hücumundan müdafiə qüvvələri Lvov vilayətində Rusiyaya məxsus raketi vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

"Hava hücumu xəbərdarlığı barədə bir bildiriş gəldi (19 may səhər 8-dən 20 may səhər 8-ə qədər). Vizual müşahidə məntəqəsində qanadlı raket görünüb. Hava hücumundan müdafiə qüvvələrimiz sayəsində Lvov bölgəsi üzərindəki səmada sakitliyi qoruya bildik”,-deyə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski açıqlama verib.

Qeyd edək ki, Lvov vilayətinin Yavorivski rayonunda mayın 17-nə keçən gecə rular hərbi obyekti atəşə tutub, raket parçaları dəmir yolu infrastrukturuna ziyan vurub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »