Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması

Rusiyanın Ukraynaya təcavüzündən sonra İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi gündəmə gələrkən, Türkiyə prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan vəziyyətə etiraz edərək, iki Skandinaviya ölkəsini “terror təşkilatlarının məskəni” adlandırıb.

Bizimyol.info xəbər verir ki, Ərdoğanın etirazı beynəlxalq mətbuatda gündəmdə olsa da, Yunanıstan mediası iddia edib ki, ABŞ Konqresi F-16-ların satışını təsdiqləməsə, Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə yaşıl işıq yandırmayacaq.

Qeyd edək ki, ABŞ Türkiyəni F-35 proqramından çıxardıqdan sonra Ankara ABŞ-a mövcud F-16 döyüş təyyarələrinin modernləşdirilməsi və yeni F-16-ların alınması tələbini göndərib və bu tələbin ABŞ Konqresində təsdiqlənməsini gözləməyə başlayıb.

Bu gün isə Ağ Evdən diqqətçəkən bir açıqlama gəlib. Ağ Evdən verilən açıqlamatda Türkiyənin İsveç və Finlandiya ilə bağlı mövqeyini dəyişmək üçün F-16 ilə bağlı müzakirələrin yenidən başlamasından söhbət getmədiyi vurğulanıb. Ağ Ev bu açıqlama ilə F-16 məsələsinin "müzakirə edilə bilməz" olduğunu vurğulayıb. Bununla belə, bir neçə gün əvvəl Bayden Konqresə müraciət edərək Türkiyəyə F-16-ların satılmasına icazə istəmişdi.

Daha əvvəl Yunanıstanın baş naziri Mitsotakis Türkiyənin bu məsələdən “bazarlıq aləti” kimi istifadə etdiyini bildirərək “İki dost ölkənin NATO üzvlüyündən bazarlıq vasitəsi kimi istifadə etməyin vaxtı deyil. Türkiyə bu yolu seçsə, əks nəticə verəcək. Bu həm prinsipial, həm də taktiki cəhətdən yanlışdır”,-deyə bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO ilə əməkdaşlığını artıran Finlandiya və İsveçin üzvlük prosesinin 8-12 ay arasında çəkə biləcəyi, lakin bunun üçün NATO-nun 30 üzvünün hamısının razılığının tələb olunduğu bildirilir.

Qeyd edək ki, Finlandiya və İsveçin illərdir həyata keçirdikləri neytrallıq siyasətindən əl çəkərək NATO-ya üzv olmaq üçün müraciəti hərbi ittifaq daxilində böyük dəstək alır. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən həftə iki ölkənin üzvlüyü ilə əlaqədar verdiyi açıqlamada "müsbət fikirdə deyilik. Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir” ifadəsi alyansı şoka salmışdı.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »