Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə 3 heç-heçə, 1 məğlubiyyətlə başlayıb
Şəhriyar Məmmədyarov beynəlxalq turnirə 3 heç-heçə, 1 məğlubiyyətlə başlayıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin ilk günündə 4 görüş keçirib.

İlk 3 partiyada müvafiq olaraq, Erik Hansen (Kanada), Karlsen və Yorden van Forestlə (Niderland) heç-heçə edən Məmmədyarov sonuncu qarşılaşmada Abhimanyu Mişraya (ABŞ) uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər
Bütün xəbərlər »